525.Az

"Türkiyə bir daha 90-cı illərə qayıtmayacaq"


 

"Türkiyə bir daha 90-cı illərə qayıtmayacaq"<b style="color:red"></b> “PKK-nın soyuq müharibə vaxtı kimlər tərəfindən yaradıldığını, erməni terror təşkilatı ASALA ilə əməkdaşlığı haqda məlumatlıyıq”.
 
APA-nın Türkiyənin “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib. Baş nazirin sözlərinə görə, Türkiyə bir daha 90-cı illərə qayıtmayacaq.
 
Ə. Davudoğlu Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaşa da ismarıclar göndərib:

“Siyasətlə məşğul olanlar öz mövqelərini müəyyənləşdirmək məcburiyyətindədir. Bu hücumlar hamımıza qarşı edilib. Ancaq siz arxanızı o hücumları təşkil edənlərə söykəyəcəksinizsə, biz də söykəndiyiniz divarları, dağları yerlə-yeksan edəcəyik. Artıq HDP seçimini etməlidir”.
 





30.07.2015    çap et  çap et