525.Az

“Xocalı soyqırımı ilə bağlı abidənin ucaldılmasına dəstək verməyə hazırıq”


 

“Xocalı soyqırımı ilə bağlı abidənin ucaldılmasına dəstək verməyə hazırıq”<b style="color:red"></b>

“Biz bilirik ki, Qarabağda azərbaycanlılar kütləvi şəkildə qırğına məruz qalıblar. Xüsusilə Xocalı faciəsi bir insanlıq dramıdır və buna hər yerdə hüquqi qiymət verilməsi, xatirəsinin əbədiləşdirilməsi vacibdir. Ukraynada bunu əbədiləşdirməyə hazırıq, çünki özümüz hazırda bu insanların münaqişə qurbanına çevrildiyi dövrü yaşayırıq və bunun nə demək olduğunu bilirik”.

Bunu APA-ya açıqlamasında Ukraynanın Nikolayev vilayətinin vitse-qubernatoru Oksana Yanişevskaya deyib.
 
O, Nikolayev vilayətində Xocalı soyqırımı ilə bağlı abidənin ucaldılmasına, insanlara hadisə ilə bağlı həqiqətlərin çatdırılmasına dəstək verməyə hazır olduqlarını bildirib:

“Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı edilənlər barədə geniş məlumatımız var. Biz baş verən hadisələrə görə məyusuq. Əgər buradakı Azərbaycan icmaları təşəbbüs göstərsələr, Nikolayevdə Xocalı ilə bağlı abidə qoyulsa, yaxşı olardı”.

 





30.07.2015    çap et  çap et