525.Az

“Türk axını”nın tikintisi təxirə salına bilər”


 

“Türk axını”nın tikintisi təxirə salına bilər”<b style="color:red"></b> “Türk axını” təbii qaz boru kəmərinin birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanması gecikdiyi təqdirdə bu layihənin həyata keçirilməsi təxirə salına bilər.
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
 
Jurnalistlərin “Türk axını”nın gecikmə riski ilə bağlı sualını cavablandıran rusiyalı nazir belə bir riskin olduğunu qeyd edib:
 
“Əgər “Türk axını”  birinci xətt üzrə hökumətlərarası layihəsinin imzalanmasında gecikmə olarsa, o zaman layihənin gerçəkləşdirilməsi müddətində də gecikmə riski olacaq. Orada tikinti başlamayacaqsa, təbii ki, təxirə salınacaq”.
 
Qeyd edək ki, Rusiya “Türk axını” nın birinci xətt üzrə hökumətlərarası layihəsini Türkiyəyə göndərib.
 





30.07.2015    çap et  çap et