525.Az

“Müxalifət səfirlərlə tez-tez görüşsələr daha yaxşı olar”


 

“Müxalifət səfirlərlə tez-tez görüşsələr daha yaxşı olar” <b style="color:red"></b>

MÜBARİZ QURBANLI: “HƏR GÖRÜŞDÜKCƏ ONLAR ÖZLƏRİNİ XARİCİ NÜMAYƏNDƏLƏRİN YANINDA DAHA PİS VƏZİYYƏTƏ QOYA BİLƏRLƏR

 

Dekabrın 18- ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın bəzi müxalifət partiyalarının rəhbərləri sayca dördüncü olan növbəti görüşünü keçirdiyini xəbər vermişdik.
 
Görüşdə Müsavat Partiyasının sədri İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Məclisinin sədri Rafiq Manafov, ReAL hərəkatının həmtəsisçisi Erkin Qədirli Mehriban Vəzir iştirak ediblər. İştirakçılar müzakirə olunan məsələlərlə bağlı heç bir açıqlama verməyiblər. Lakin mətbuatda yayılan məlumatda görüşdə Azərbaycanda ictimai-siyasi durumun, 2013- ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı vəziyyətin, müxalifətin seçkiyə hazırlığının, demokratik seçki mühitinin digər məsələlərin müzakirə olunduğu aydın olub. “Olayların məlumatına görə, görüş başa çatdıqdan sonra R.Morninqstar AXCP Müsavat sədrlərini saxlayaraq İctimai Palatada mövcud durumla maraqlanıb seçkilərlə bağlı onların mövqelərini aydınlaşdırmağa çalışıb. R.Morninqstar bildirib ki, hazırki fikir ayrılığı ziddiyyətlər faktiki olaraq İctimai Palatanın dağılma təhlükəsi ilə qarşı-qarşıya qoyub. O, bildirib ki, buna görə vahid namizəd məsələsinin müzakirəsi dayandırılmalı hər iki şəxs prezident seçkilərində iştiraka hazırlaşmalıdırlar. İsa Qəmbərlə Əli Kərimlinin ayrı-ayrılıqda seçkinin birinci mərhələsinə qatılmalarının zəruriliyini vurğulayan səfir, vahid namizəd məsələsinin müzakirəsini seçkilərin sonrakı mərhələsinə saxlamağı vacib hesab edib.

 

Millət vəkili Mübariz Qurbanlı “525”ə açıqlamasında belə görüşlərin keçirilməsindən narahat olmadıqlarını bildirib. Bu görüşlədə qeyri-adi bir halın olmadığını diqqətə çatdıran millət vəkili bunları söyləyib: “ABŞ səfiri müxalifət partiyaları ilə , bizlə görüşür. bu görüşün nəticələri ilə bağlı məlumat verir. Siyasi partiyalarının nümayəndələrinin ayrı-ayrı ölkələrin səfirləri ilə görüşündə qeyri-adi hal, problem görmürəm. Məsələ ilə bağlı ABŞ səfirliyinin açıqlamasına baxmışam. Orada göstərilir ki, görüşdə gələn il ölkədə keçiriləcək prezident seçkiləri, eyni zamanda bu seçkinin azad ədalətli keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azad ədalətli seçkilər keçirmək prezidentimizin siyasətində mühüm məqamlardan biridir. Yəni biz seçkinin azad ədalətli keçirilməsini istəyirik bunu həyata keçirəcəyik. Namizədimizin qalib gələcəyinə əminik”.

 

M.Qurbanlının sözlərinə görə, xarici ölkə səfirləri müxalifət rəhbərləri ilə tez-tez görüşsələr daha yaxşı olar: “Çünki onlar bu adamların hansı qabiliyyətə malik olduqlarını görərlər. Necə deyərlərdanış səni görüm”. Hər görüşdükcə onlar özlərini xarici nümayəndələrin yanında daha pis vəziyyətə qoya bilərlər. Biz bundan hansısa bir formada narahat deyilik. ölkəmiz azad, demokratik ölkədir. Lakin keçirilən belə görüşlərin barəsində açıqlama verilsə, daha yaxşı olar”.

 

Hüquqi Demokratik İslahatlar Mərkəzinin sədri İlham Əliyev məsələ ilə bağlı açıqlamasında müxalifətin xarici qüvvələr işlədiyini bildirib. Onun sözlərinə görə, belə görüşlərin keçirilməsi sadəcə gülüş doğurur: “Onlar xaricdən dəstək gözləyincə, xalqa üz tutsalar, dağılmış sosial bazalarını bərpa etsələr, yaxşı olar. ABŞ səfirinin müxalifət liderləri ilə görüş keçirməsi, onlarla məsləhətləşməsi siyasi proseslərə təsir etmək gücündə deyil. Müxalifət funksionerlərinin bu görüşə böyük önəm vermələri, az qala ABŞ-ın qarşıdan gələn prezident seçkilərində müxalifəti dəstəkləyəcəyi kimi təqdim etmələri sadəcə gülüş doğurur. Bizdə olan məlumata görə, səfir Riçard Morninqstar daha çox Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Müsavat başqanı İsa Qəmbərlə təmasda olub İctimai Palatada baş verən prosesləri, vahid namizəd olmaq uğrunda mübarizəni müzakirə edib. Ola bilsin ki, Azərbaycanda keçiriləcək seçkilərdə müxalifətin daha keyfiyyətli effektli iştirakını istəyən səfir müxalifət daxilindəki parçalanmadan narahatdır. Hesab edirəm ki, bu görüşün səfirin təmsil etdiyi ölkənin müxalifətə dəstəyi kimi təqdim olunması məsələyə diletant yanaşmadır”. İ.Əliyevin fikrincə, görüşlə bağlı müxalifətin təqdimatı yanlışdır son ümid qığılcımlarıdır. Onun qənaətinə görə, müxalifətin xalqa deyil xarici qüvvələr güvənməsi düzgün yanaşma deyil: “Bu görüş ətrafında yaradılan ajiotaj bir daha göstərdi ki, müxalifət xalqa yox, xarici dəstəyə güvənir. Seçkilərdə əsas sözü xalqın iradəsi deyəcək. Müxalifət xaricdən dəstək gözləyincə, xalqa üz tutsa, dağılmış sosial bazasını bərpa etsə, yaxşı olar”.

 

AQİL
 





21.12.2012    çap et  çap et