525.Az

“Taliban” hərəkatının yeni lideri kimdir?


 

“Taliban” hərəkatının yeni lideri kimdir?<b style="color:red"></b>

“Taliban” hərəkatının üzvləri özlərinə yeni lider seçiblər.

APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, bundan sonra hərəkata Axtar Məhəmməd Mənsur rəhbərlik edəcək.
 
Hərəkat üzvü olan komandirlərdən biri bildirib ki, müvafiq qərar iyulun 29-da axşam saatlarında Kvetta Şurasının toplantısında yekdillikdə qəbul olunub. Onun sözlərinə görə, Şura yaxın günlərdə bununla bağlı bəyanat verəcək.
 
Xatırladaq ki, bu günlərdə Əfqanıstan rəsmiləri “Taliban” hərəkatının lideri Molla Məhəmməd Ömərin 2-3 il bundan öncə öldüyünü bəyan ediblər.

 





30.07.2015    çap et  çap et