525.Az

"Apollon" - "Qəbələ" matçında qalmaqal


 

"Apollon" - "Qəbələ" matçında qalmaqal<b style="color:red"></b>

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Apollon" - "Qəbələ" matçının son dəqiqələri gərginliyi ilə yadda qalıb.

Qol.Az-ın məlumatına görə, oyuna əlavə edilmiş 1-ci dəqiqədə matçın ukraynalı hakimi Sergey Boyko "Apollon"un qapısına penalti zərbəsi təyin edib. 

Bundan sonra meydanda vəziyyət gərginləşib. Lakin referi qərarı dəyişməyib. "Qəbələ"nin kapitanı Cavid Hüseynovun bərabərlik qolundan sonra isə yerli azarkeşlər meydana yad əşyalar atmağa başlayıb. Belədə matçın baş hakimi hər iki komandanı paltardəyişmə otağına dəvət edib.

"Qəbələ"li futbolçular və hakimlər paltardəyişmə otağına yollansa da, "Apollon"lu futbolçular bir qədər sonra yenidən meydana qayıdıblar. Daha sonra meydana qayıdan ukraynalı hakim görüşə əlavə edilmiş 3 dəqiqə oynanıldıqdan sonra matçın final fitini səsləndirib - 1:1.

 





31.07.2015    çap et  çap et