525.Az

Türkiyədə polis idarəsinə silahlı hücum


 

Türkiyədə polis idarəsinə silahlı hücum<b style="color:red"></b> Türkiyənin Adana vilayətində Polis İdarəsinə silahlı hücum olub. Nəticədə 2 polis əməkdaşı şəhid olub, 2 terrorçu isə məhv edilib.
 
APA-nın xəbərinə görə, vilayətin hadisə Pozantı rayon Polis İdarəsində qeydə alınıb. PKK terrorçuları idarəyə soxulmağa cəhd ediblər və polis onların silahlı hücumuna qarşılıq verib. Atışma zamanı 2 polis şəhid olub, 2 terrorçu öldürülüb, 2-si isə hadisə yerindən qaçıb.
 
Öldürülən terrorçulardan birinin üzərindən partlayıcı qurğu aşkarlanıb. Onun Polis İdarəsinə soxularaq, orada özünü partlatmaq istədiyi bildirilir. Hadisə yerinə çağırılan mütəxəssislər partlayıcı qurğunu zərərsizləşdiriblər.
 





31.07.2015    çap et  çap et