525.Az

Taleh Bağırov azadlığa buraxılıb


 

Taleh Bağırov azadlığa buraxılıb<b style="color:red"></b> İlahiyyatçı Taleh Bağırov azadlığa buraxılıb.
 
APA-nın məlumatına görə, 2013-cü ildə həbs edilən T. Bağırov cəza müddəti başa çatdığı üçün ötən gecə həbsdən azad edilib.
 
Qeyd edək ki, T. Bağırov 2013-cü ildə həbs edilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.
 
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə T. Bağırov 2 il müddətinə azadlıqdan məhrum edilib.
 





31.07.2015    çap et  çap et