525.Az

Hərbi liseylərə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb


 

Hərbi liseylərə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb<b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 30 iyulda Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına keçirilən qəbul imtahanının nəticələri elan olunub.

TQDK-dan APA-ya verilən xəbərə görə, İmtahan nəticələri ilə https://eservices.tqdk.gov.az/netht_hl/?frm=egov linkinə daxil olmaqla tanış olmaq olar.
 
TQDK-dan onu da bildiriblər ki, Naxçıvan şəhərində keçirilən imtahanların nəticələri bu gün elan ediləcək.

 





31.07.2015    çap et  çap et