525.Az

Cavid Hüseynovdan bayrağımızın cırılmasına cavab


 

Cavid Hüseynovdan bayrağımızın cırılmasına cavab<b style="color:red"></b>

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Apollon" - "Qəbələ" matçı bir sıra məqamlarla yadda qalıb.

Qol.Az-ın məlumatına görə, ikinci hissədə "Apollon"un qapısı arxasında yerləşdirilən Azərbaycan bayrağının cırılması diqqətdən yayınmayıb.

Lakin "Qəbələ"nin kapitanı Cavid Hüseynov kiprli azarkeşlərin bu hərəkətini cavabsız qoymayıb. O, 95-ci dəqiqədə penaltidən vurduğu bərabərlik qolundan sonra Azərbaycan bayrağının cırılmasına etiraz əlaməti olaraq "Apollon" azarkeşlərinə ədəbsiz jest edib. Onun bu hərəkətindən sonra kiprli azarkeşlər meydana kənar əşyalar atıb.

Qeyd edək ki, "Apollon" - "Qəbələ" oyunu 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra Bakıda keçiriləcək.

 





31.07.2015    çap et  çap et