525.Az

Qol.Az-dan mütləq rekord


 

Qol.Az-dan mütləq rekord<b style="color:red"></b>

Qol.Az saytı Azərbaycan idman mətbuatı tarixində rekorda imza atıb.

Dünyanın ən etibarlı sayğac sistemlərindən olan “Google analytics”in göstəricilərinə görə, 2015-ci ilin iyulun 30-da Qol.Az saytına 32 min 162 İP-dən 84 min 329 giriş olub. Bu, təkcə Qol.Az-ın deyil, bütövlükdə Azərbaycan idman mətbuatı tarixində mütləq rekord sayılır.

Bu göstərici ilə Qol.Az Azərbaycanın idman saytlarının reytinqində birinciliyini daha da gücləndirib. Ümumilikdə isə ölkəmizin ən oxunaqlı saytları sırasına düşməyi bacarıb.

Sayt bunun üçün oxucularına təşəkkür edir!

 





31.07.2015    çap et  çap et