525.Az

"Hesabın daha böyük olmasını istərdim"


 

"Hesabın daha böyük olmasını istərdim" <b style="color:red"></b>

"Yeni mövsümdə ilk rəsmi oyunumuz idi. Komanda yaxşı oynadı. Hesabın daha böyük olmasını istərdim. Ancaq mərhələ adlamaq üçün bu da yaxşı nəticədir".

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri "Atletik"in baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsində "İnter"ə qalib gəldikləri görüşdən (2:0) sonra deyib.

İspaniyalı mütəxəssis cavab matçının çətin keçəcəyini bildirib: "İnter" oyunu müdafiədən qurmuşdu. Bu, onlarda yaxşı alındı. Lakin sonda iki qol vurmağı bacardıq. Qələbəyə baxmayaraq hələ mərhələ keçdiyimizi söyləmək olmaz. Cavab matçının çətin olacağını bilirəm. Rəqibin heyətində qapıçı (Səlahət Ağayev), 7 (Nika Kvekveskiri) və 11 (Rauf Əliyev) nömrəli futbolçuların oyununu bəyəndim".

Qeyd edək ki, "İnter" və "Atletik" arasına cavab görüşü avqustun 5-də, Bakıda keçiriləcək.

 





31.07.2015    çap et  çap et