525.Az

Obamadan dünyanın ən sürətli superkompüterinin hazırlanması ilə bağlı sərəncam


 

Obamadan dünyanın ən sürətli superkompüterinin hazırlanması ilə bağlı sərəncam<b style="color:red"></b> Prezident Obama ABŞ-ı 2025-ci ildə dünyanın ən sürətli kompüterini hazırlamağa səsləyən sərəncam imzalayıb.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu superkompüter indiki liderdən 20 dəfə daha sürətli işləyəcək. Saniyədə trilyon əməliyyat yerinə yetirəcək.
 
Belə superkompüterin işlənməsi və quraşdırılması üçün Milli Strateji Hesablama Təşəbbüsü (“NSCI”) adlı təşkilat yaradılacaq.
 
ABŞ indikindən xeyli sürətli işləyən və elmi araşdırmalara kömək edən yeni superkompüterin yaradılması metodlarını axtarır.
 
Gözləntilərə görə, belə superkompüter daha dəqiq proqnozların tərtibi üçün hava məlumatlarını təhlil etməyə və ya rentgen şəklinin təhlili yolu ilə xərçəngi müəyyən etməyə kömək edəcək.
 
Xatırladaq ki, indi dünyanın ən sürətli kompüteri (“Tianhe-2”) Çinə məxsusdur. Bu superkompüter 33.86 petaflops məhsuldarlığa malikdir ki, bu da ABŞ-ın superkompüterinin göstəricisindən təxminən 2 dəfə yüksək nəticədir.
 





31.07.2015    çap et  çap et