525.Az

“Tariximiz: neçə dövlət qurduq?” – türk tarixinə dair maraqlı araşdırma


 

“Tariximiz: neçə dövlət qurduq?” – türk tarixinə dair maraqlı araşdırma <b style="color:red"></b>

Bu gün Azərbaycan xalqının öz tarixinə, öz tarixi köklərinə böyük marağı var bu da başadüşüləndir. Müstəqillik əldə etdikdən sonra kənardan heç bir basqıya məruz qalmadan müstəqil Azərbaycan dövlətçiliyi ideologiyası istiqamətində tariximizin yenidən nəzərdən keçirilməsi bu sahədə mövcud olan nöqsanların, ideoloji ştampların aradan qaldırılması təbiidir, vacibdir. Bu mənada istər ölkə daxilində, istərsə xaricdə çap olunan elmi məqalələr kitablar  böyük maraq doğurur. Belə mənbələrdən biri 2010-cu ildə qardaş Türkiyənin Kutahya şəhərində çap olunmuş, Mustafa İngəncinTariximiz: neçə dövlət qurduq?” kitabıdır. İyirmi iki bölmədən ibarət 500 səhifəlik bu kitab üzərində müəllif 20 ildən çox işləyib.

 

Kitabda Mustafa İngənc türklərin bir etnos kimi yaranıb təşəkkül tapması, bir xalq millət kimi formalaşması, yayılması, ən qədim dövrlərdən başlayaraq orta tarixdə sonralar qurduğu dövlətlər onların əraziləri haqqında, Osmanlı İmperatorluğunun yaranması süqutu, Türkiyə Cümhuriyyətinin yaranması bugün dünyada mövcud olan müstəqil türk dövlətlərinin tarixi, mədəni iqtisadi həyatı haqqında çoxlu tarixi sənədlərə söykənən bir araşdırmanı  monoqrafiyanı ortaya qoyub. Kitabda bizim üçün ən maraqlı məsələlərdən biri Azərbaycan-Türk dövlətlərinin qədim dövrlərdə orta əsrlərdə Qaraqoyunluların, Ağqoyunluların, Atabəylərin, Eldənizlərin Səfəvi Azərbaycan dövlətinin yaranma tarixinin araşdırılmasıdır. Müəllif Azərbaycan ərazilərində yaranan türk dövlətlərini burda formalaşan Azərbaycan türk etnosunu Anadolunun digər bölgələrində yaranan türk etnosu ilə əlaqəli şəkildə tədqiq edir.

 

Mustafa İngənc Səfəvi dövləti, bu dövlətin meydana gəlməsinin konkret tarixi şəraiti, 15 yaşında dövlət qurub ona rəhbərlik edən Şah İsmayılı, onun   sərkərdəlik məharətini göstərir, qısa zaman kəsiyində böyük bir imperiya qurduğunu yazır, Osmanlı İmperatorluğunun gənc şaha onun qələbələrinə qısqanclıqla yanaşdığını, bütün bunların isə son nəticədə Anadoludan türk toplumlarının azalmasına yerinin başqa etnoslarla əvəz olunmasına sıbəb olduğunu qeyd edir. M.İngənc bu dövləti quranların əsil-nəcabətinin Ağqoyunlu Qaraqoyunlu dövlətlərini quran türkmənlər, Anadoludan İran ərazisinə köç edən türklər olduğunu yazır. Sah İsmayılı həm sərkərdə, həm dövlət xadimi ,həm şair elm adamı kimi xarakterizə edir, Azərbaycan dilinin dövlət dili statusunda işlədilməsini  xüsusi qeyd edərək yazır: ”Səfəvi dövlətinin rəsmi dili türkcə idi. Səfəvi dövlətində elm adamlarına önəm verilirdi. Riyaziyyat, fəlsəfə, astronomiya elmləri inkişaf etdirilirdi. Səfəvilər zamanında məscidlər tikilir, yollar, körpülər salınır, türbələr inşa edilirdi”.

 

Müəllif Osmanlı Səfəvi türk dövlətləri arasındakı çəkişmələrdə müəyyən xarici təsirlərin bəzən şəxsi ədavət hisslərinin rolunun olduğunu istisna etmir. Məlumdur ki, Şah İsmayıl Sultan Bayəzidin oğlu, sonralar sultanlıq taxtında əyləşən Səlimə deyil ,o biri qardaşı Əhmədə  isti münasibət bəsləyirdi.  Sultanlıq taxtını Səlim ələ keçirəndən sonra iki dövlət arasında münasibət daha da kəskinləşdi. Müəllif yazır: “1512-ci ildə Yavuz Sultan Səlimin taxta keçməsi ilə Osmanlı dövlətinin xarici siyasətində yeni hədəf Şah İsmayıl olmuşdur. Yavuz Sultan Səlim Anadoluda Səfəvi tərəfdarları olan 40.000 insanı həbs etdirib bir qismini öldürtdürdü, bir qismini isə sürgünə göndərdi”.

 

Müəllif qeyd edir ki,  professor Faruk Sümərə görə, Şərqi Anadoluda Səfəvi idarəsi davam etsəydi, bu bölgədə türkcədən başqa heç bir dildə danışılmayacaqdı.

 

Kitabda Azərbaycanda mövcud olan xanlıqların yaranması süqutu, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması süqutu, SSRİ-nin dağılmasından sonra müstəqilliyini əldə edən Azərbaycan Respublikası onun əldə etdiyi uğurlar haqqında geniş informasiya öz əksini tapıb. Azərbaycan tarix elminin aparıcı simalarından olan professorlar Süleyman Əliyarov Musa Qasımovun əsərlərindən istifadə edilməsi əsərin elmi dəyərini bir az da artırır. Kitabda müvafiq xəritələr çap edilib.

 

Gülhüseyn KAZIMLI 
fəlsəfə doktoru.

 

 





21.12.2012    çap et  çap et