525.Az

Rumıniyada tutulan böyük həcmdə heroin Qarabağdan aparılıbmı?


 

Rumıniyada tutulan böyük həcmdə heroin Qarabağdan aparılıbmı?<b style="color:red"></b>

Azərbaycan Rumıniyada tutulan böyük həcmdə heroinin həmin ölkəyə Dağlıq Qarabağ və Ermənistan vasitəsilə aparılıb-aparılmadığını araşdırır.

APA-nın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
 
“Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilər narkotik maddələrin istehsalı, tranziti və ticarəti, terrorçuların hazırlanması, silah qaçaqmalçılığı, adam oğurluğu kimi hər növ ağır cinayət əməllərinin həyata keçirilməsi üçün münbit ərazidir. İstisna deyil ki, Rumıniyada tutulan böyük həcmli heroin də məhz işğal olunmuş ərazilər və Ermənistan vasitəsilə həmin ölkəyə aparılıb. Hazırda bu məsələ araşdırılır”, - deyə o vurğulayıb.    
 
Qeyd edək ki, bu günlərdə Rumıniyada 333 kiloqram heroin tutulub. Bazar qiyməti ilə dəyəri təxminən 40 milyon avro olduğu bildirilən heroinin Rumıniyaya Azərbaycan-Ermənistan-Gürcüstan-Ukrayna marşrutu ilə keçdiyi ehtimal edilir.
 
Azərbaycan Dövlət Gömrük Komitəsinin həmin heroinin Azərbaycandan keçmədiyini bəyan edib.

 





31.07.2015    çap et  çap et