525.Az

"Silahlı Qüvvələrimiz Ermənistanın süqutunda ciddi rol oynaya bilər"


 

FƏZAİL AĞAMALI: "CİNAYƏTKAR REJİM ERMƏNİSTANIN YER ÜZÜNDƏN SİLİNMƏSİNİ İSTƏMİRSƏ, İŞĞAL ETDİKLƏRİ AZƏRBAYCAN TORPAQLARINDAN RƏDD OLUB GETMƏLİDİRLƏR"

"Silahlı Qüvvələrimiz Ermənistanın süqutunda ciddi rol oynaya bilər"<b style="color:red"></b>

"Azərbaycan hakimiyyəti hərbi ritorikadan istifadə etmir. Azərbaycan reallığa söykənərək işğalçı Ermənistana həm Prezident, həm də Müdafiə Nazirliyi səviyyəsində real addımlarla "İşğala son qoy!" mesajını verir". Bu sözləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Ermənistanın müdafiə naziri Seyran Ohanyanın erməni mətbuatı vasitəsilə Azərbaycan hakimiyyətini hərbi ritorikadan çəkinməyə çağırmasıyla bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib. O hesab edir ki, əgər cinayətkar rejimin rəhbərliyi Prezident İlham Əliyevin vurğuladığı kimi öz xalqının qədrini bilirsə, Ermənistanın bir dövlət kimi yer üzündən silinməsini istəmirsə, işğal olunan Azərbaycan torpaqlarından rədd olub getməlidirlər: "Bundan sonra iki ölkə arasında qonşuluq münasibətləri yarana bilər. Azərbaycan Dağlıq Qarbağ və ətraf yeddi rayonun işğalı ilə barışan deyil. Ermənistan torpaqlarımızı boşaltmayana, təcavüzkar və təxribatçı niyyətindən əl çəkməyənə qədər münasibətlər normallaşan deyil".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində ATƏT-in Minsk Qrupunun fəaliyyətindən razı qalmadığını deyən millət vəkili danışıqların hər hansı bir nəticə verəcəyinə inanmadığını bildirib. O hesab edir ki, mövcud geosiyasi şəraitdə Azərbaycan dövləti yalnız hərbi gücünə arxalanaraq bu işğala son qoya bilər: "Silahlı Qüvvələrimiz düşmənə olduqca sarsıdıcı zərbə vuraraq hətta Ermənistanın dövlət kimi süqutunda çox ciddi rol oyanaya bilər".

Ceyhun ABASOV

 





31.07.2015    çap et  çap et