525.Az

Olimpiya Oyunları yenidən Pekində


 

Olimpiya Oyunları yenidən Pekində<b style="color:red"></b>

2022-ci ildə keçiriləcək Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin adı açıqlanıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Çinin paytaxtı Pekin şəhəri qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək.

Bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Malayziyanın paytaxtı Kuala-Lumpurda baş tutan sessiyasında açıqlanıb. Pekin yekun səsvermədə Qazaxıstanın Almatı şəhərini qabaqlayıb.

Yeniyetmələr arasında keçiriləcək Qış Olimpiya Oyunlarına da ev sahibliyi edəcək şəhərin adı bəlli olub. İsveçrənin Lozanna şəhəri ev sahibliyi hüququna yiyələnib.

Qeyd edək ki, Pekin 2008-ci ildə Yay Olimpiya Oyunlarına da ev sahibliyi edib.

 





31.07.2015    çap et  çap et