525.Az

“Qabiliyyət imtahanında iştirak etməyən abituriyent üçün yenidən imtahan keçirilmir”


 

“Qabiliyyət imtahanında iştirak etməyən abituriyent üçün yenidən imtahan keçirilmir”<b style="color:red"></b>

“Qabiliyyət imtahanlarının keçirilmə cədvəli əvvəlcədən elan edilib. Hansısa abituriyent qabiliyyət imtahanında iştirak etməyibsə, onun üçün yenidən imtahan keçirilmir”. 
 
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə abituriyentlər üçün ali məktəblərə və kolleclərə qəbulla bağlı keçirdiyi video-konfransda deyib. 

TQDK sədri bildirib ki, qabiliyyət imtahanı ancaq abituriyent həmin gün xarici ölkədə vacib yarışda iştirak etdiyi təqdirdə təkrar keçirilə bilər:

“Apelyasiya müraciəti zamanı abituriyentin yarışdakı nəticələri nəzərə alınır və o, qabiliyyət imtahanı verir”.

 





31.07.2015    çap et  çap et