525.Az

“Prezident təqaüdünə ali təhsili xaricdə alacaq abituriyentlərin namizədliyi verilmir”


 

“Prezident təqaüdünə ali təhsili xaricdə alacaq abituriyentlərin namizədliyi verilmir”<b style="color:red"></b>

“Hər il hər bir ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən 25 abituriyentin adı prezident təqaüdü üçün hazırlanan siyahıya salınır. Yüksək nəticə göstərməsinə baxmayaraq, xarici ölkənin ali təhsil müəssisələrini seçən abituriyentlərin adı bu siyahıya daxil edilmir”.
 
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə abituriyentlər üçün ali məktəblərə və kolleclərə orta ixtisas qəbulla bağlı keçirdiyi video-konfransda deyib.
 
Komissiya sədri bildirib ki, prezident təqaüdünə ixtisas qrupunda ən yüksək nəticə göstərən və Azərbaycandakı ali məktəblərin ixtisaslarını seçən abituriyentlərin namizədliyi verilir:

“Bu il Təhsil Nazirliyi tərəfindən ərizəsində pedaqoji ixtisasların adını birinci yazan və qəbul imtahanında 500-dən çox bal toplayan 300 abituriyentə 100 manat təqaüd verəcək”.

 





31.07.2015    çap et  çap et