525.Az

Yeni futbol klubu yaradılır


 

Yeni futbol klubu yaradılır<b style="color:red"></b>

AFFA İcraiyyə Komitəsinin bü gün fövqəladə iclası keçirilib.

Qol.Az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, iclasda bir sıra qərarlar qəbul edilib.

Peşəkar Futbol Liqasının müraciətinə əsasən "Rəvan” FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunub.

2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiqlənib.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunub.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının "Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin edilib.

 





31.07.2015    çap et  çap et