525.Az

Uşaqlara qarpız verməyin!


 

Uşaqlara qarpız verməyin!<b style="color:red"></b>

Azərbaycanda ekspertlər qarpızın tərkibində nitratın həddindən çox olduğunu bəyan edirlər. Bu isə qarpız qəbul edən körpə uşaqların ciddi xəstəlik keçirməsinə səbəb olur. Bəzən valideynlər bunu virus xəstəliyi kimi qəbul edirlər. Ancaq bilməlidirlər ki, bu, heç də belə deyil. Qarpız yayın vazkeçilməz qida rasionudur. Lakin bazarlara başdan-ayağa kimyəvi tərkibli qarpzıların çıxarılması, uşaqlar tərəfindən qəbulu və son nəticədə onların vəziyyətlərinin pisləşməsi həyacan təbilinin vaxtının yetişdiyini göstərir. Ümumiyyətlə, səhiyyə işçiləri tərəfindən də qeyd edilir ki, yay aylarında qida zəhərlənmələrinin 99 faizi qarpızdan olur.

A.F Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasından Modern.az-a verilən məlumata görə son 10 gün ərzidnə qarpızdan zəhərlənmə halları ilə bağlı müraciətlərin sayı artıb. “10 gün əvvələ qədər belə hallar yox idi, amma son 10 gün ərzində bununla bağlı buizə müraciətlərin sayı artıb. Gün ərzində ən azı 20 xəstə bizə müraciət edir”.

Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru, professor, pediatr Surxay Musayev Modern.az-a açıqlamasında tərkibində nitratlarla zəngin qarpızların uşaqlar tərəfindən qəbulu nəinki ishal, hərarətin qaxlması və qusmaya, eyni zamanda onların zəhərlənmələrinə də səbəb olur. “Nitratla zəngin qarpızlar çox təhlükəlidir. Belə qarpzıların uşaqlar tərəfindən qəbulu təkcə ishal, hərarətin qalxması, qusma ilə yanaşı, güclü zəhərlənmələrlə də nəticələnir. Ümumiyyətlə yay aylarında natəmiz, qeyri-normal, keyfiyyətsiz qidalanma nəticəsində uşaqlarda hərarətin qalxması, qusma, ishal halları baş verir”.

S.Musayev yay aylarında ishal, qusma, hərarətətin qalxmasını qarpızla yanaşı, keyfiyyətsiz qidalanma ilə əlaqəndirib.

“Uşağın imkanlarına uyğun olmayan ölçüdə və keyfiyyətdə qidanın qəbul edilməsi buna səbəb olur. Mövsümlə əlaqədar uşaqları yaşına baxmadan çimərliklərə aparılı və günvurma halları olur. Bu da qızdırmanın qalxmasına qusmasına və vəziyyətinin çətinləşməsinə səbəb olur”.

 Yay aylarında bu cür hadisələrini artdığını vurğulayan pediatr valideyinlərə son dərəcə diqqətli olmağa çağırıb.

 “Qarpız, qovun, ümumiyyətlə bostan meyvələri bazara çıxarılmamış yoxlanılmalıdır. Tərkibində zəhərli maddələrin, orqanizmə zərər verəcək maddələrin miqdarı yoxlanılmalıdır. Bunun üçün xüsusi laboratoriyalar var. Buna ciddi nəzarət olmasa isə bu cür halların sayında da artımlar olacaq”.

 





01.08.2015    çap et  çap et