525.Az

İsrail hərbçiləri 14 yaşlı fələstinlini güllələyib


 

İsrail hərbçiləri 14 yaşlı fələstinlini güllələyib<b style="color:red"></b> İordan çayının qərb sahilində sutka ərzində ikinci fələstinli yeniyetmə güllələnib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Atara nəzarət-keçid məntəqəsi yaxınlığında baş verib.
 
Qaçqın düşərgələrindən birinin sakini, 14 yaşlı Lait Khaldi döş nahiyəsindən aldığı yaradan xəstəxanada keçinib. Hadisənin təfərrüatları barədə məlumat verilmir.
 
Bundan əvvəl İsrail hərbçiləri 17 yaşlı Məhəmməd Əl-Məsrini sərhəd çəpərinə yaxınlaşdığına görə güllələmişdilər.
 





01.08.2015    çap et  çap et