525.Az

Məmurlar üçün də cərimələrin miqdarı artırıldı


 

Məmurlar üçün də cərimələrin miqdarı artırıldı<b style="color:red"></b>

Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə olunub.
 
Lent.az-ın verdiyi məlumata görə, qanun layihəsi barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dəyişiklik dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması ilə bağlıdır. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması, o cümlədən dövlət büdcəsindən, həmçinin məqsədli büdcə fondlarından ayrılan vəsaitdən təyinatı üzrə istifadə olunmaması, habelə büdcə təşkilatlarının büdcədənkənar vəsaitinin maliyyə orqanları ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsi, normativdən artıq ştat vahidinin saxlanılmasına görə dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının vəzifəli şəxsləri bu əməllər min manatadək olan məbləğdə törədildikdə üç yüz manatdan beş yüz manatadək, bu əməllər min manatdan yuxarı məbləğdə törədildikdə beş yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə edilirlər.

Qanun layihəsi qəbul edilib.

 





21.12.2012    çap et  çap et