525.Az

Türkiyədə və Şimali Kiprdə Mirzə Fətəli Günləri


 

Türkiyədə və Şimali Kiprdə Mirzə Fətəli Günləri <b style="color:red"></b>

Məlum olduğu kimi, TÜRKSOY 2012-ci ili Mirzə Fətəli Axundzadə İli elan edib. Bu təşkilatın təşəbbüsü Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin dəstəyilə dekabrın 14-dən 18-dək Şimali Kipr Türk Respublikasında Türkiyənin Ankara İstanbul şəhərlərində böyük yazıçıya həsr olunmuş geniş yubiley tədbirləri keçirilib.

 

Kiprdə Doğu Dəniz Universitetində keçirilən tədbirdə TÜRKSOY-un baş katibi  Düsen Kaseinov, universitetin rektoru, Türkiyənin bu ölkədəki səfiri Şimali Kiprin Mədəniyyət naziri, Universitetin müəllimləri tələbələri iştirak ediblər. Yubiley tədbirinə Azərbaycandan Yazıçılar Birliyinin sədri, M.F.Axundzadəyə həsr olunmuşSübhün səfirifilminin ssenari müəllifi Anar, filmin rejissoru Ramiz Həsənoğlu M.F.Axundzadə adına Milli Kitabxananın müdir müavini Gülbəniz Səfərəliyeva dəvət ediliblər. Nümayiş etdirilənSübhün səfirifilmi tamaşaçıların böyük marağına səbəb olub. Filmdən sonra keçirilən dəyirmi masada çıxış edən Düsen Kaseinov başqa natiqlər filmi yüksək qiymətləndiriblər. Anar çıxışında Mirzə Fətəlinin Azərbaycan ümumən türk dünyası, Şərq ədəbiyyatında böyük xidmətlərindən danışıb, filmə aid sualları cavablandırıb.

 

17 dekabrda Ankarada Milli Kitabxanada keçirilən tədbirə Bakıdan gəlmiş nümayəndə heyətinin üzvləriMədəniyyət turizm nazirinin birinci müavini Vaqif Əliyev, M.F.Axundzadə adına Milli Kitabxananın müdiri Kərim Tahirov, tazirliyin şöbə müdiri Vaqif Bəhmənli qatılıblar.

 

Tədbiri Milli Kitabxana başqanı Tüncəl Acar açıb. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, nazirin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin sərəncamıyla M.F.Axundzadə yubileyinin Azərbaycanda da geniş qeyd edilməsindən söz açıblar. Düsen Kaseinov, Türkiyə Kültür Turizm Bakanının müstəşarı Özgür Ozalsan Mirzə Fətəlinin böyük xidmətlərini nəzərə çatdırıblar. Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun sədrlik etdiyi dəyirmi masada Anar, Kərim Tahirov, qazaxıstanlı türkoloq professor Erden Kajıbey Mirzə Fətəli Axundzadənin həyat yaradıcılığından bəhs ediblər. Ramiz Həsənoğlu film üzərində aparılan barədə danışıb. Tədbir iştirakçılarıSübhün səfirifilmini Azərbaycan kinosunun böyük nailiyyəti kimi dəyərləndiriblər. Qeyd edilib ki, Mirzə Fətəlinin ömrünü əsərlərini paraq şəkildə əks etdirməklə yanaşı film Azərbaycan həyatının bütöv bir dövrünün mənzərəsini canlandırır.

 

Elə həmin gün TÜRKSOY-un binasında keçirilən tədbirdə Düsen Kaseinov, qurumun əməkdaşı Elçin Qafarlı, Vaqif Əliyev, Kərim Tahirov, Anar, Ramiz Həsənoğlu, Erden Kajıbey, çuvaş türkoloq Nikolay Yeqorov Mirzə Fətəli Axundzadənin türk xalqlarının ictimai fikrinin inkişafına göstərdiyi böyük təsiri minnətdarlıq hissiylə anıblar.

 

Dekabrın 18- İstanbulun Aydın Universitetində keçirilən tədbirdə həm Universitetin dekanı professor Şuayib Karakaşın Mirzə Fətəliyə həsr olunmuş məruzəsi, rəsmi elmi çıxışlar səslənib, həm Anarın Universitetin müəllim tələbələriylə ayrıca görüşü keçirilib. Görüşü universitetin müəllimi Kamil Vəli Nərimanoğlu aparıb, Gülbəniz Səfərəliyeva, universitetin müəllimi Rövşən Əlizadə çıxış ediblər. Anar müəllimlərin tələbələrin çoxsaylı suallarına ətraflı cavablar verib.

 

Nümayiş etdirilənSübhün səfirifilmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb, tədbirin iştirakçısı məşhur şair Ataol Bəhramoğlu Azərbaycanın Türkiyənin televiziya kanallarına verdiyi müsahibədə filmin qardaş ölkədə Mirzə Fətəlinin daha yaxından tanınması üçün müstəsna əhəmiyyət daşıdığını xüsusi qeyd edib.

 

 





21.12.2012    çap et  çap et