525.Az

Bakıda dəhşətli hadisə (Yenilənib)


 

Bakıda dəhşətli hadisə<b style="color:red"> (Yenilənib)</b> Bu gün Sabunçu rayonunda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub.
 
Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sülh küçəsi, ev 40, mənzil 94-də yaşayan 1971-ci il təvəllüdlü Mirzəyev aqil Nəriman oğlu atası, 1938-ci il təvəllüdlü Nəriman Mirzəyevi və anası 1941-ci il təvəllüdlü Tərlan Mirzəyevaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirib. Daha sonra valideynlərinin öldüyünü düşünən A.Mirzəyev evi yandıraraq qaçıb. Qonşuluqda yaşayan şəxslər mənzildən tüstü qalxdığını müşahidə edib və dərhal hüquq-mühafizə orqanlarına məlum verilib. Həmçinin evdə ağır vəziyyətdə olan şəxslər təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Ağır vəziyyətdə olan ahıllar reanimasiyaya yerləşdirilib.
 
A.Mirzəyev isə polis əməkdaşları tərəfindən saxlanılıb.


17:04
Ata-anasını öldürüb yandırdı

 
Bu gün Bakı şəhərinin Sabunçu rayonunda dəhşətli qətl hadisəsi törədilib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Sülh küçəsində, 271 saylı orta məktəbin yaxınlığındakı binada ruhi xəstə atasını və anasını qətlə yetirib. Həmin şəxs daha sonra evi yandıraraq qaçıb.
 
Hadisə yerinə əməliyyat qrupu gəlib.
 
Araşdırmalar başlanılıb.
 





21.12.2012    çap et  çap et