525.Az

İki mədəniyyət layihəsinin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirilib


 

İki mədəniyyət layihəsinin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirilib <b style="color:red"></b>

Sönməz MəşəlMədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Dillər Universitetinin İnformasiya-Resurs Kompleksində bu il reallaşdırdığı iki layihənin yekunlarına həsr edilmiş təqdimat mərasimi keçirib.

 

İctimai Birliyin sədri Şəhla Nağıyeva əvvəlcə  Açıq Cəmiyyət İnstitutuYardım Fondunun maliyyə dəstəyi iləRegionlardakı yaradıcı qadınlar: Qadınlar, ədəbiyyat cəmiyyət layihəsinin genişləndirilməsi  layihəsi barədə məlumat verib. Bildirib ki, bu ilin aprel ayından start verilən layihə çərçivəsində respublikanın müxtəlif regionlarındaGəncə, Quba Xaşmazda  yaşayan yazıçıların iştirakı ilə yaradıcı yazı üzrə seminarlar təşkil olunub,  seminarlara Amerikadan olan şair, ABŞ-ın Ayova ştatındakı Lüter kollecində Amerika ədəbiyyatı yaradıcı yazı üzrə müəllim işləyən  Əlison Məndəvil rəhbərlik edib.

 

Seminarlarda yaradıcı yazı üzrə müzakirələr aparılıb, qadınların yaradıcılığa həvəsləndirilməsi istiqamətində söhbətlər təşkil olunub, əsərlərin müzakirələrinə xüsusi diqqət yetirilib.

 

Seminarın nəticəsi olaraqButa-II. Azərbaycanın regionlarında yaşayan qadın yazıçıların Amerikalı şairin müasir nəsr poeziya nümunələri toplusuadlı kitab nəşr olunub. Kitabda təcrübəli qadın yazıçılarla yanaşı ilk qələm təcrübəsi olan yazıçıların şeir hekayələri toplanıb, əsərlər ingilis dilinə tərcümə olunaraq Amerikalı şair Əlison Məndəvil tərəfindən redaktə edilib.

 

Çap olunan kitabların bir hissəsi ABŞ kitabxanalarına , bir hissəsi isə Azərbaycan kitabxanalarına, o cümlədən Azərbaycan Dillər Universitetinin kitabxanasına hədiyyə olunacaq.

 

Sönməz MəşəlMədəni Əlaqələr İctimai Birliyi Açıq Cəmiyyət İnstitutuYardım Fondunun maliyyə dəstəyi ilə ötən ilQadınlar, ədəbiyyat cəmiyyət  layihəsini həyata keçirib, Bakıda yaşayan gənc yaradıcı qadınlarla təşkil olunan seminarlardan sonraButa  adlı ədəbiyyat toplusu nəşr etmişdi.

 

Təqdimat mərasimində yazıçı Naringül Babayeva , Svetlana Turan Elvira Emil çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər.

 

Seminarların rəhbəri olmuş Əlison Məndəvil tədbirə AmerikadanSkypevasitəsilə qoşularaq mərasim iştirakçılarına Azərbaycan dilində müraciət edib, Azərbaycanlı qadın yazarlarla əməkdaşlıqdan zövq aldığını bildirib.

 

Sonra İctimai Birliyin bu ilin noyabrında reallaşdırdığı ikinci layihə – “Rənglərin dialoqu: Azərbaycan-Almaniyalayihəsinin yekunları barədə məlumat verilib.

 

Birliyin sədri Şəhla Nağıyeva Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birlikdə reallaşdırılmış bu layihəni  Azərbaycan Respublikasının  Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən maliyyələşdirildiyini xüsusi vurğulayıb.

 

O qeyd edib ki, layihənin məqsədi Azərbaycanın Almaniyanın gənc qadın rəssamlarının əl işlərindən ibarət rəsm sərgisi təşkil etmək olub.

 

İki ölkənin qadın rəssamlarının əsərlərindən ibarət sərgi noyabrın 23-dən dekabrın 1-dək  Almaniyanın  Berlin şəhərindəki  nüfuzluDirektorenhausQalereyasında  təşkil edilib

 

Sərgidə Azərbaycan tərəfdən gənc rəssamlar  Nərminə Vəliyeva Şəhla Qəhrəmanlı, Almaniya tərəfdən Simona Vestfal Nizaket Sinanovska iştirak edib.

 

Sərginin açılış mərasimində Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, Avropada fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri, sadə alman tamaşaçılar iştirak edib, nümayiş olunan əsərlərə böyük maraqla baxıblar.

 

Sərgidə Azərbaycanın gənc rəssamlarının ümumbəşəri mövzularda işlədikləri rəsmlərlə yanaşı Dağlıq Qarabağın spesifik çalarlarını göstərən əsərləri nümayiş edilib bu, istər xaricdə yaşayan soydaşlarımızın, istərsə Almaniyalı tamaşaçıların böyük marağına səbəb olub. Bütövlükdə bu tədbir Azərbaycan mədəniyyətinin Avropada təbliğinə, mədəniyyətlərarası dialoqun daha da zənginləşməsinə xidmət edib.

 

Berlinin aparıcı nəşriyyat evlərinin birində sərgiyə həsr olunmuş kataloq çap edilərək gələn qonaqlara hədiyyə  olunub. Kataloqda Qarabağa xüsusi məlumatlandırıcı səhifə həsr edilib, Azərbaycan onun tarixi haqqında məlumat verilib.

 

Təqdimat mərasimində sərgi iştirakçısı olan rəssam Şəhla Qəhrəmanlı gənc rəssam Nərminə Vəliyevanın anası, həvəskar rəssam Yeganə Vəliyeva çıxış edərək layihənin əhəmiyyəti Berlin sərgisi barədə təəssüratlarını bölüşüblər.

 

Təqdimat mərasimində Berlin sərgisindən foto şəkillər nümayiş edilib.

 

 





21.12.2012    çap et  çap et