525.Az

Bayram Səfərov: "Mən bir şeyi bilirəm ki..."


 

Bayram Səfərov: "Mən bir şeyi bilirəm ki..."<b style="color:red"></b> “Mən bir şeyi bilirəm ki, Rusiya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın qanunlarına da hörmətlə yanaşır. Biz Bako Saakyanı adlı adamı tanımırıq. Onlar işğalçıdırlar, bizim torpaqlarımızı işğal ediblər. Əlbəttə ki, Bako Saakyana hansısa təşkilatın orden verməsini pisləyirəm”.
 
Bunu APA-ya "Dağlıq Qarabağın azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyasının Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı “Böyük Pyotr” ordeni ilə təltif etməsinə münasibət bildirərkən deyib.
 
B. Səfərov bildirib ki, Rusiya kimi, digər dünya dövlətləri də Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Dünya ölkələri Ermənistanın işğalçı kimi qəbul edir, qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini isə tanımırlar”.
 
İcma rəhbəri qeyd edib ki, bu gün Ermənistan dövləti səfalət içində yaşayır: “Ermənistanda insanlar aclıq, səfalət içindədirlər. Qiymət artımına etiraz olaraq mitinqlər keçirirlər. Bu yaxınlarda bir rusun Qarabağda moda sərgisi keçirdiyini gördüm. Dörd qızı qayanın başına çıxarıb guya moda göstərirlər. Orada insan var, adam var ki, onlara baxsın?! Qarabağda erməni yaşayır? Biz bilirik ki, bunların hamısı tamaşa xarakterli şeylərdi”.
 
Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın Təhlükəsizlik, Müdafiə və Qanunçuluq Akademiyası ictimai qurumu tərəfindən Bako Saakyana “Böyük Pyotr” ordeni verilib. Bu, dövlət ordeni sayılmır.
 





04.08.2015    çap et  çap et