525.Az

Sement zavodu barədə iş açıldı


 

Sement zavodu barədə iş açıldı<b style="color:red"></b> Sement istehsalının qanunauyğunluğu ilə bağlı araşdırmalar davam edir
 
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsində “Qaradağ-S” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı “Qaradağ-S” adlı M-400 markalı 40 kq-lıq sementin ümumi təyinatlı olduğu halda, onun etiketində xüsusi təyinatlı olmasına dair yanlış məlumatın verildiyi, habelə həmin sementin qablaşdırıldığı kisələrin üzərində çəkidə yol verilən kənarlaşma həddinin yanlış göstərildiyi, “Qaradağ-S” adlı M-300 markalı 40 kq-lıq sementlərin qablaşdırıldığı kisələrinin üzərində isə çəkidə yol verilən maksimal kənarlaşma həddinin göstərilmədiyi müəyyənləşdirilib.
 
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, müəssisədə istehsal olunan sementin qablaşdırıldığı kisələrin üzərində netto və brutto çəkilərinin göstərilmədiyi, habelə heç bir normativ texniki sənədə əsaslanmadan  istifadə qaydası və qatışığın hazırlanması barədə məlumatlar verildiyi də müəyyən edilib. 
 
Eyni zamanda müəssisədə istehsal edilən sementin laborator müayinəsi aparılmadan satışa çıxarıldığı aşkarlanıb. Bununla əlaqədar istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən “Qaradağ-S” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.   Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcək.
 





21.12.2012    çap et  çap et