525.Az

Bakıda metropoliten binasında yanğın olub


 

Bakıda metropoliten binasında yanğın olub<b style="color:red"></b>

Bakıda tikilməkdə olan yeni metropoliten binasında yanğın olub.

525.az-ın FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda tikilməkdə olan, ümumi sahəsi 800 kvadratmetr olan yeni metropoliten binasında fəhlələrin soyunub-geyinmə otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın bu gecə saat 01:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 





22.12.2012    çap et  çap et