525.Az

"Facebook" mesaja pul alacaq


 

"Facebook" mesaja pul alacaq<b style="color:red"></b>

"Facebook" saytı dostluq siyahısında olmayan şəxslərə göndərilən mesajları pullu edəcək.

Şirkətin sözçüsü bildirib ki, yeni qaydalara görə, dpstluq siyahısında olmayan şəxslərə xüsusi mesaj göndərmək üçün 1 dollar ödəmək lazım gələcək.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, dost siyahısında olmayan birinə göndərilən xüsusi mesaj adətən "spam" mesajlarının olduğu "digər mesajlar" qutusuna gedir və istifadəçiyə mesaj gəldiyinə dair hər hansı xəbərdarlıq getmir. "Facebook"un yeni qaydasıyla 1 dollar ödəyən istifadəçi siyahısında olmayan digər istifadəçinin birbaşa mesaj qutusuna mesaj göndərmək imkanı qazanacaq. Pullu mesaj qaydası hələlik test mərhələsindədir və zaman içərisində qiyməti də dəyişə bilər.

 





22.12.2012    çap et  çap et