525.Az

Dünyada film gərginliyi davam edir


 

Dünyada film gərginliyi davam edir

Livanda "Hizbullah" lideri Şeyx Nəsrullah Məhəmməd peyğəmbəri təhqir edən filmə etiraz məqsədilə xalqı aksiyaya çağırıb.

525.az beynəlxalq mediaya istinadən xəbər verir ki, Sudanda da məlum filmə etiraz aksiyaları davam edir. ABŞ və Almaniya Sudandakı diplomatlarının çoxunu geri çağırıb.

Pakistanın Karaçi şəhərində isə nümayişçilər ABŞ konsulluğuna girməyə çalışıblar. Toqquşma zamanı iki nəfər ölüb, beş nəfər yaralanıb. Beləliklə, nümayişlərdə ölənlərin sayı 11-ə çatıb.

Fransada ABŞ səfirliyinin qarşısında keçirilən icazəsiz aksiya ilə bağlı istintaq başlayıb. Avropa paytaxtlarındakı ABŞ səfirliklərinin mühafizəsi gücləndirilib.

 





17.09.2012    çap et  çap et