525.Az

Qırğız Respublikasının nazirlik əməkdaşları Bakıda


 

Qırğız Respublikasının nazirlik əməkdaşları Bakıda

Sentyabrın 18-dən Bakıda Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyinin əməkdaşları və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün təlim kursuna start veriləcək.

Bu barədə 525.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. S.Məmmədova bildirib ki, təlim kursunun Proqramına əsasən iştirakçılara Azərbaycanda gənclər siyasəti sahəsində görülən işlər haqqında ətraflı məlumatların verilməsi, Gənclər Fondunda, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında görüşlərin keçirilməsi və Bakı şəhərində gəzintilərin təşkili nəzərdə tutulub.

S.Məmmədova vurğulayıb ki, təlim kursu “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Qırğız Respublikasının Gənclər, Əmək və Məşğulluq Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən keçiriləcək.
S.QARAYEVA

 





17.09.2012    çap et  çap et