525.Az

Ramin Musayev: “Qarabağ”ın Quzanlıda oynaması artıq mümkün deyil”


 

Ramin Musayev: “Qarabağ”ın Quzanlıda oynaması artıq mümkün deyil”<b style="color:red"></b>

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Qarabağ”ın bu mövsüm Ağdamın Quzanlı qəsəbəsində oyun keçirməsini mümkün saymır.

Qol.Az saytının müxbiri ilə söhbətində o deyib ki, Ağdam təmsilçisinin bu mövsüm üçün sifariş etdiyi meydançalar arasında Quzanlı stadionu yoxdur. “Ona görə də PFL qaydanı poza bilməz. İnşallah, növbəti mövsümdən “Qarabağ” istəsə, Quzanlıda oynaya bilər” – deyə R.Musayev bildirib.

Qeyd edək ki, bu gün “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl PFL-in icazə verəcəyi təqdirdə komandalarının bu mövsüm bəzi oyunları Quzanlıda keçirə biləcəyini deyib.

 

 





23.12.2012    çap et  çap et