525.Az

Uğur formulu


 

Uğur formulu<b style="color:red"></b>

Zahid ORUC
Milli Məclisin deputatı

Siyasətdə təqvim real həyatdakı kimi deyil. Burada hesablama sistemləri çox vaxt adi gözlə görünmür.Milli bayramlar faciələrin rənglədiyi Azərbaycan tarixinin zaman ölçüsü mənə görə çox şərtidir. Ya xilaskarlıq, ya da xəyanət hadisələri bu xalqı elə yetkinləşdirib ki, indi millət yaşından çox böyük görünür.

2003- ildə bizi 1993- il gözləyirdi. Yox, bu inersiya ilə hələ dilin yeni minilliyə öyrəşə bilməməsihər sözümin doqquz yüz başlamaq sindromu deyildi. Sadəcə, milli bədbəxtliklər illər üzrə elə identifikasiya olunub ki, daha o dövrün bütün siyasi mənzərəsini təsvir etmədən hamıya bircə işarə bəs edir.

Səhv başa düşmədiniz. Zamanla geriyə sayım 2003- ilədək gözəgörünən görünməyən dairələrin Heydər Əliyev bu millətlə on illər ərzində apardıqları savaşla təzədən başlayacaqdı. Yenə miflərdəki kimi qarşımızda iki yol vardıbiz ya Xeyirlə addımlayacaq, ya da Şərə məğlub olacaqdıq. Bu versiya deyil, həqiqətdir ki, 4 iyun qiyamından sonra müxtəlif beynəlxalq dairələrin belə bir planı vardı ki, Heydər Əliyevin iqtidara gəlməsi çox qısa zamandan sonra onun hakimiyyətdən getməsi ilə nəticələnəcək beləliklə, bu ölkənin həyatına hər zaman təsirini saxlayan bu nəhəng siyasət generalından birdəfəlik qurtulacaqlar.

Xaosun devirməli olduğu bu sima ona qarşı qurulmuş plana öz sistemi ilə cavab verdi ölkəni bölməyə hesablanan ssenariləri dağıtdı. O, öz ideallarında daşıdığı modeli gerçəkliyə çevirdi 14- Lüdovikindövlətmən özüməmformulu dövləti olmayan bir millətin xeyrinə işlədi.

Tanrı ona bu haqqı elə tanıdı ki, hətta 2003- ildəx gününün məchulluğunu gözləyənlər Heydər Əliyevin həyatla mücadilə verdiyi bir vəziyyətdə belə ona məğlub oldular. Liderlik fenomeni bax budur. Hər kəsin üzərində mənəvi dünyasındakı hakimiyyəti qazanmış bir şəxsiyyət 15 oktyabrda Azərbaycana şəfa diləyənlərin səsinin 2-ci Əliyevə verildiyinə şahidlik etdi. Bu sırf hüquqi müstəvidə təhlil edilən seçki aktından daha çox ruhi bir hadisə idi mahiyyətcəHeydər Əliyevin siyasi qürub çağını görə bilməyəcəksizmesajının təsdiqidir.

Onun siyasi xəttinin qırıldığı 1987-1993- illərdə biz yolumuzu itirdik. qədər şəxsiyyət rəhbər amilinə qarşı çıxırsınız-çıxın, tarix şərt şəkilçisini sevmir. 15 oktyabrda bu millətlə uzun onilliklər bərabər addımlamış, böyük bir tarix yaratmış Klivlenddə son savaşını verən Liderə dua mərasimi, həmrəylik nümayişi idi. İlham Əliyev atasının təkcə genetik varlığının daşıyıcısı deyil, həm bu millətin böyük Heydər Əliyevdən gözlədiyi arzu idealların gerçəkləşdirməsinin varisidir. Missiya dəyişməyib.

Rəqibləri İlham Əlieyevin siyasi imkanlarını düzgün dəyərləndirə bilmədilər açıq görünürdü ki, onu tanımırlar. Hakimiyyətin dayanıqlığının cəmi 3 ay çəkəcəyi barəsində təbliğat qısa müddətdə iflasa uğradı. Əslində, beynəlxalq şərait əvvəlki on ildən daha da çətin idi. İlham Əliyev ölkənin ictimai parçalanmasına yol vermədi daşıdığı fərqli keyfiyyətlər hesabına söykəndiyi siyasi irsi zənginləşdirdi.

Bəli, O, ulu öndərin genetik kodunu daşıyır. Lakin varisliyi məhz siyasidir. Müstəqilliyimizdən sonrakı dövlət quruculuğu xətti yalnız bir insanın adı ilə bağlı olduğundan Heydər Əliyevdən sonrakı prezident məhz bu kursa sədaqət nümayiş etdirməliydi. Başqa alternativlər yeni toqquşmalara yol aça, hakimiyyət içi qüvvələri hərəkətə gətirə iqtisadi mənafe qruplarını hüdudsuz iddialar uğrunda savaşa qata bilərdi. Onun varlığı bütün bu tendensiyaları ortadan götürdü şəxsində birləşdiricilik xüsusiyyətini daşıdığına görə dövləti irəliyə aparmağı bacardı.

İlham Əliyevin prezidentliyinin ilk illəri xüsusi olaraq barış humanizm nümunəsi sayıla bilər. Separatizmdə günahlandırılan şəxslərin azad olunması, Rəhim Qazıyevin əfv edilməsi, Surət Hüseynova fərqli yanaşmanın tətbiq edilməsi sübut idi ki, hər kəs əmin olsun ki, keçmişdə malik olduqları silahlı qüvvələrlə pozuculuq işi aparanların indiki şəraitdə heç bir resursu qalmayıb dövlət yetərincə güclüdür.

Hakimiyyət olimpinə neft siyasətindən gəlməsi İlham Əliyevə imkan verdi ki, dünyadakı maraq qruplarını, onların iqtisadi təşəbbüs meyllərini daha tez təyin etsin, regionun resursları uğrunda savaşda Azərbaycanın tapdalanmasına yol verməsin. Məhz ona görə ölkənin müstəqllik meydanı böyüdü, mürəkkəb şəraitdə bizi forposta çevrilməyə qoymadı. Dövlətin artıq qurulduğunu keçid dövrünün başa çatdığını deyərkən Prezident məhz bunu nəzərdə tuturdu. O, mənafelərimizin təminatında güzəştsizlik göstərərkən bir çox iddiaların əksinə olaraq açıq risqə getməkdən çəkinmədiyini göstərdi. Məsələn, 2011-ci ildə onu Türkiyəyə, Sürix protokollarına razı salmağa dəvət edəndə , Rusiya ilə Qəbələ RLS-in işlənməsini başa çatdıranda da eyni qətiyyətlə dayandığı mövqeni qorudu, ona qarşı başlanan çirkli kampaniyadan çəkinmədiyini sübuta yetirdi. Liderlik məsuliyyəti öz üzərinə götürməyi bacaranları sevir!

İlham Əliyev yeni ölkə quruculuğu missiyasına görə 1-ci Pyotru xatırladır. Texnoloji cəhətdən sovet mirasını təzəsi ilə əvəzləmək, işlək dövrünü başa vurmuş infrastrukturun əvəzində iqtisadi effektivliyi şübhə doğurmayan sahələri yaratmaqla insanlarımızı aparıcı təşəbbüslərə yiyələnməyə sövq etdi, dövlətin liderinin nümunəsində hər bir vətəndaşa uğur formulu təqdim olundu.

Onun siyasi portretini təsvir edərkən ən başlıca keyfiyyəti kimi demokratlığını, sadəliyini yüksək yumor hissinə malik olmasını da ayrıca vurğulamaq gərəkdir. Siyasi düşmənlərinin illər uzunu verdiyi təsvirlərə baxmayaraq O, əleyhinə yönələn kampaniyalara qarşı daha dözümlü münasibət sərgiləməklə alternativ fikrə açıq olduğunu  nümayiş etdirdi. Ən başlıcası, İlham Əliyevin sadə vətəndaşla münasibətində bufer zona yoxdur, əksinə daha çox dərəcədə milləti ilə ünsiyyətə bağlıdır. Ölkə içi səfərləri müxtəlif tədbirlərdə aşağıdan gələn impulsları    yerli reallıqları bilməyə, ilk mənbədən xəbərləri almağa üstünlük verdiyini siyasi üslubunu əsasına çevirdi. Onu bir partiyanın ya dövlət nomenklaturasının deyil, xalqın rəhbəri saymaq daha doğrudur.

Bizi əhatə edən dünyanın mistik mahiyyəti olmasaydı, həyat çox cansıxıcı görünərdi. Bu gün ONUN RUHU SEVİNİR. Dövlət məsuliyyəti bu on ildə İlham Əliyevi daha da yetkinləşdirdi. Onun obrazı Heydər Əliyevə çox oxşayır. Ulu öndərin ruhunu içində yaşadan, Onun gözündən, Ürəyindən, Taleyindən Sevgisindən çıxış edib bu Vətənə bağlı olanlar, Yolunuz açıq olsun!

 





23.12.2012    çap et  çap et