525.Az

İbtidai sinif müəllimləri üçün təlim kursları yeni mərhələnin tələbi kimi


 

İbtidai sinif müəllimləri üçün təlim kursları yeni mərhələnin tələbi kimi <b style="color:red"></b>

Ümumi təhsil sistemində həyata keçirilən məzmun islahatlarıyeni fənn kurikulumlarının, qiymətləndirmə mexanizmlərinin tətbiqi, fəal təlim metodlarından təlim prosesində səmərəli istifadə pedaqoji kadrların ixtisasının artırılmasını, bu məqsədlə xüsusi təlimlərin keçirilməsini zəruri edib. Bununla əlaqədar son 4 ildə ölkənin bütun ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri xüsusi proqram əsasında fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları keçiblər.

 

Təhsil naziri Misir Mərdanovun sözlərinə görə, fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçmiş ibtidai sinif müəllimlərinin sayı 2008-ci ildə 8 min, 2009-cu ildə 9 min nəfər təşkil edib. 2010-cu ildən başlayaraq ixtisasartırma təhsili sahəsində yeni modelin tətbiqi modul-kredit sisteminə keçidlə əlaqədar təlimlər yeni modelə uyğun təşkil edilməyə başlanmış həmin ildə 8 min nəfər ibtidai sinif müəllimi 6 günlük (36 saat) təlim kursu keçib. Təlim kurslarının nəticələri müzakirə edilərək kursun proqramına dəyişikliklər edilib ayrılan saatlar artırılıb. Bu səbəbdən 2011-ci ildə 10417 nəfər ibtidai sinif müəllimi 10 günlük (60 saatlıq) təlim kurslarına cəlb olunub. Ümumilikdə son 4 ildə 35 mindən çox ibtidai sinif müəllimi fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarından keçərək müvafiq bilik bacarıqlara yiyələnib, bununla da I-IV siniflərdə işləyən müəllimlər üçün təlimlərin ilk mərhələsi başa çatdırılıb. Nazir bununla yanaşı, hər il ibtidai siniflərdə yeni müəllimlərin işə başlamasını əsas göstərərək bu işin davamlı olaraq aparılmasını vacib sayıb.

 

Təhsil naziri 2012-2013-cu tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün təlim kurslarının təşkili ilə bağlı görülmüş işlərə kursların nəticələr haqqında söz açaraq bildirib ki, ilk növbədə, V siniflərdə işləyəcək fənn müəllimləri üçün təlim kurslarının proqramı hazırlanıb, RTŞ-lərlə birlikdə V siniflərdə dərs deyəcək müəllimlərin müəyyənləşdirilməsi, mərkəzlərin seçilməsi, təlimçilərin hazırlanması sahəsində təşkilati işlər həyata keçirilib. Bütün təlimlərin TSİİL çərçivəsində maliyyələşdirildiyini vurğulayan təhsil naziri Dünya Bankı ilə razılaşdırmaqla 2012-2013- tədris ilində təlimlərin keçirilməsi ilə bağlı TSİİL çərçivəsində Tender Komissiyasının yaradıldığını vurğulayıb. M.Mərdanov qeyd edib ki, Tender Komissiyasının qərarına əsasən Xəzər Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, “XXI əsr Beynəlxalq Təhsil İnnovasiya MərkəziMMC, “Mədəd-AzərbaycanMMC, TGCTəlim İnkişaf MərkəziMMC, “İdrakməktəb-liseyi ilə Təhsil Nazirliyi arasında təlim kurslarının təşkili keçirilməsinə dair müqavilələr bağlanmış, təlimlərin keçirilməsi üçün respublikanın şəhər rayonları 5 bölgəyə bölünüb.

 

Nazir vurğulayıb ki, Abşeron Dağlıq Şirvan bölgəsi üzrə 143 təlimçinin iştirakı ilə 11463, Gəncə-Qazax bölgəsi üzrə 113 təlimçinin iştirakı ilə 6234, Şəki-Zaqatala Quba-Xaçmaz bölgəsi üzrə 86 təlimçinin iştirakı ilə 6141, Aran Yuxarı Qarabağ bölgəsi üzrə 141 təlimçinin iştirakı ilə 11151, Lənkəran bölgəsi üzrə 68 təlimçinin iştirakı ilə 4564 müəllim olmaqla bütövlükdə ölkə üzrə 39553 müəllimin təlimlərdən keçirilməsi planlaşdırılmış, təlimlərə ümumilikdə 551 təlimçinin cəlb olunması nəzərdə tutulub.

 

Təhsil Nazirliyinin 25 may 2012-ci il tarixli, 76 nömrəli əmri ilə təsdiq edilmiş 10 gündə reallaşdırılması nəzərdə tutulan 60 saatlıq proqramın strukturu məzmunu hazırlanıb. Təlimlərin hazırlanması, təlimçi bacarıqlarının qiymətləndirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlərə toxunan təhsil naziri 2012-2013- tədris ilində V siniflərdə işləyəcək müəllimlər üçün təlim kurslarını keçirəcək təlimçilərin hazırlanması istiqamətində ardıcıl planlı aparıldığını, bu işə dəstək göstərilməsi ilə əlaqədar YUNİSEF-ə müraciət olunduğunu, Təhsil Nazirliyi YUNİSEF tərəfindən 2012-ci ilin fevral-aprel aylarında 10 fənn üzrə 551 təlimçinin hazırlandığını bildirib. Təhsil nazirinin sözlərinə görə, təlimçilərin peşəkarlıq səviyyələrinin artırılması üçün işlər aparılmış, seminarlar keçirilib. Eyni zamanda Təhsil Nazirliyinin Monitorinq qiymətləndirmə şöbəsi tərəfindən hazırlanmışÜmumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasıadlı təlim resursu bütün təlim keçirəcək təşkilatlara çatdırılmış, təlimlərin yeni qiymətləndirmə qaydaları üzrə hazırlığının təmin olunmasına dair tövsiyələr verilib. Bundan əlavə, aprel-may aylarında 587 təlimçinin təqdimatı dinlənilmiş qiymətləndirilmiş, qiymətləndirmənin nəticələrinə əsasən zəif bacarıqlara malik olan təlimçilər prosesdən kənarlaşdırılıb. Təlimçilərin hazırlıq səviyyələrində olan boşluqların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilmişdir. Hər bir təşkilat tərəfindən təlimçilər üçün proqram mövzularının şərhi  təlim iştirakçıları üçün nəzərdə tutulmuş tapşırıqları əks etdirən nümunəvi icmallar, təlim vəsaitləri hazırlanıb.

 

Təhsil nazirinin dediyinə görə, təşkilatlar keçirilmiş təlim kurslarının nəticələri üzrə hesabatlar hazırlayaraq Təhsil Nazirliyinə təqdim ediblər. Təlim iştirakçılarının qiymətləndirilməsi üzrə metodologiyadan söz açan təhsil naziri onların 100 ballıq şkala ilə qiymətləndirildiyini, davamiyyəti 50 faizdən az olan müəllimlərə sertifikatların verilmədiyini vurğulayıb.

 

Bölgələr üzrə təlim kurslarının nəticələrini diqqətə çatdıran Misir Mərdanov təlimlərdə ümumilikdə 37545 müəllimin iştirak etdiyini, onlardan 18199-na I, 18831- II dərəcəli, 515 nəfərə isəİştirakçısertifikatlarının verildiyini bildirib: “Məlumat üçün qeyd edim ki, 2008 nəfər müxtəlif səbəblərdən təlimlərdən keçməsə ehtiyat iştirakçılar nəzərdə tutulduğundan bu halın prosesə mənfi təsiri olmamışdır. Keçirilən təlim kursları barədə müntəzəm olaraq Təhsil Nazirliyinin Kurikulum Portalında məlumatlar verilib”.

 

Nazir Naxçıvan Muxtar Respublikasında keçirilmiş təlim kursları haqqında da məlumat verərək, burada Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılmış təlim kurslarında 173 nəfər müəllimin iştirak etdiyini təlimçi sertifikatı aldığını, həmin təlimçilərin V siniflərdə işləyəcək 2000 müəllimi təlimdən keçirdiyini söyləyıb.

 

Monitorinqin nəticələrindən danışan təhsil naziri qeyd edib ki, iki qurumTəhsil Nazirliyinin Monitorinq qiymətləndirmə şöbəsi Valideyn-Müəllim Assosiasiyası tərəfindən təlim kurslarının monitorinqi aparılıb. Hər iki monitorinqin nəticələrini düşündürücü adlandıran təhsil naziri monitorinqlər zamanı etibarlı məlumatların toplanması üçün xüsusi sorğu formalarının hazırlandığını, həmin formada öyrənilməsi nəzərdə tutulan bütün məsələlərin öz əksini tapıb: “ Qeyd edim ki, müşahidə edilən 487 təlim kursunun 147-si çox yaxşı, 209-u yaxşı, 131-i isə kafi qiymətləndirilib. Fəaliyyəti qeyri-kafi qiymətləndirilən təlim kursu olmayıb ki, bu da yaxşı haldır. Dinlənilən 487 təlimçinin 94-u çox yaxşı, 154-ü yaxşı, 235-i kafi, 4 nəfəri qeyri-kafi qiymətləndirilib. Təlim kurslarının təşkili metodiki işin keyfiyyəti əvvəlki illərlə müqayisədə təkmilləşib, təlimçilərin bacarıq səriştələri getdikcə artmaqdadır. Təlimlər cədvələ uyğun həyata keçirilib. Təqdim olunan proqram mövzuları proqramlara uyğun olub öyrənənlər üçün nəzərdə tutulan bilik bacarıqları əhatə edib, təlim mərkəzləri zəruri tədris vasitələri ilə təmin olunub sair”.

 

Bununla yanaşı, M.Mərdanov monitorinqlərin bir sıra çatışmazlıqları da aşkara çıxardığını da söyləyib. Təlim proqramlarında zəruri bilik bacarıqlar əhatə olunsa da təlim materiallarında əksər hallarda yalnız bilik verməklə kifayətlənməsi, bəzi təşkilatların apardıqları kurslarda təlim materiallarının yalnız Azərbaycan dilində olması rus bölməsində dərs deyəcək müəllimlərin nəzərə alınmaması,  təlim kurslarının eyni fənn üzrə eyni bir rayonda müxtəlif vaxtlarda keçirilməsinin həmin fənn müəllimləri arasında narazılıq yaratması, təlimi həyata keçirən təşkilatlarla rayon (şəhər) təhsil şöbələrinin əməkdaşlığının bəzi yerlərdə zəif olması sair belə çatışmazlıqlara misal olaraq göstərmək olar. Eyni zamanda da təlimləri təşkil edən təşkilatların bilavasitə özlərindən asılı olmayan RTŞ-lərlə əlaqələrin zəif olmasından irəli gələn, eləcə təşkilati çatışmazlıqların müəyyən edildiyi qeyd olundu onlar diqqətə çatdırıldı.

 

Təhsil naziri monitorinq zamanı öyrənənlərin (müəllimlərin) verdikləri təkliflər, VMA tərəfindən aparılmış monitorinqin nəticələri həmin qurum tərəfindən irəli sürülən təkliflər, rayon təhsil şöbələrinin qarşısında duran vəzifələr, eləcə 2013-2014- tədris ilində keçiriləcək təlim kurslarının təşkili ilə əlaqədar qarşıda duran vəzifələrdən söz açıb.M.Mərdanov bildirib ki, 2013-2014- tədris ilində ibtidai siniflərdə, V-VI siniflərdə işləyəcək indiyədək fənn kurikulumlarının tətbiqi üzrə təlimlərdən keçməyən müəllimlər üçün kurslar təşkil ediləcək. Təlimlər 3 bölgə üzrə ibtidai sinif müəllimləri daxil olmaqla 14 fənn üzrə 50 min müəllimi əhatə edəcək. Təlim kurslarını keçirəcək təşkilatların müəyyənləşdirilməsi ilə bağlı tender keçirilməsi üçün müvafiq hazırlıq işləri aparılıb.

 

Təhsil naziri 2012-2013-cu tədris ilində RTŞ əməkdaşları ümumtəhsil müəssisələrinin direktorları üçün fənn kurikulumlarının tətbiqi üzrə təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu bu kursların 3830 nəfər rəhbər təhsil işçisini əhatə edəcəyini söyləyib. Nazir keçiriləcək təlim kurslarının təşkili ilə əlaqədar qarşıda duran vəzifələr ixtisasartırma təhsilində modul-kredit əsaslı yeni modelə keçidin təmin olunması istiqamətində görülən işlər haqqında ictimaiyyətə geniş məlumat veriləcəyini qeyd edib.

 

Sevinc QARAYEVA

 

 





24.12.2012    çap et  çap et