525.Az

“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirakçılar düzgün və ədalətli şəkildə qiymətləndirilir”


 

“Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirakçılar düzgün və ədalətli şəkildə qiymətləndirilir”<b style="color:red"></b>

Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə əsaslı şəkildə yenidən qurulmuş dördmərtəbəli 132-134 nömrəli Təhsil Kompleksində həm müəllimlərin yüksək səviyyədə fəaliyyəti, həm şagirdlərin biliklərin əsaslarına mükəmməl yiyələnmələri üçün hər cür şərait yaradılıb. Bilik ocağında keyfiyyət, müasirlik yüksək zövq vəhdət təşkil edir. İndi bu məktəb maddi-texniki bazasının zənginliyinə görə ölkəmizdə müasir təhsil komplekslərindən birinə çevrilib. Təhsil ocağının əsas məqsədi milli mənəvi dəyərlərə, yaradıcı təfəkkür məntiqi yanaşmaya malik gənclərin dünyaya inteqrasiya edilməsi, müstəqil şəxsiyyət kimi formalaşdırılmasından ibarətdir. Təlim-tərbiyə yeni səmərəli təhsil yanaşmaları, müasir metod texnologiyalar üzərində qurulur. Məktəb fundamental tətbiqi biliklərin öyrədildiyini əsas tutaraq, tədris prosesinin tədqiqatyönümlü olmasına şərait yaradır, şagirdləri yaradıcılığa axtarışa həvəsləndirir, onların istedadını müxtəlif yollarla üzə çıxarır, nümayiş etdirir dərsdənkənar təlim imkanlarını genişləndirir. Şagirdlərdə vətənpərvərlik, səmimilik, dözümlülük, tolerantlıq, xalqa məhəbbət duyğuları tərbiyəsi ön plana çəkilir, dövlətçilik prinsiplərinin qorunması hər bir şagirdə aşılanır.

Xalqın maarifləndirilməsində, Azərbaycan elminin inkişaf etdirilməsində böyük xidmətləri olan yüzlərlə alimə ilk savad verən bu təhsil ocağında bu gün minədək şagirdin təlim-tərbiyəsi ilə onlarla müəllim məşğuldur. Kompleksə əməkdar müəllim Sara Xanlarova rəhbərlik edir. S.Xanlarova Dillər Universitetini bitirib 14 il ixtisası üzrə müəllim işləyib. Sonra yüksək pedaqoji fəaliyyəti nəzərə alınaraq paytaxt məktəblərindən birinə təlim-tərbiyə işləri üzrə müdir təyin olunub. S.Xanlarova bir müddət təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Artıq neçə ildir ki, bu təhsil oçağının direktorudur. S.Xanlarova yenilikçi, təhsilin inkişafına xidmət edən yeni ideyaları dəstəkləyən, işinə böyük məsuliyyət hissi ilə yanaşan direktor kimi tanınır.

S.Xanlarova deyir ki, rəhbəri olduğu təhsil müəssisəsi 2009-cu ildəƏn yaxşı ümumtəhsil məktəbiadına layiq görülüb. Təhsil Nazirliyi tərəfindən keçirilənƏn yaxşı ümumtəhsil məktəbimüsabiqənin keçirilməsində başlıca məqsəd innovativ təhsil proqramlarının tətbiqi ilə təlim-tərbiyə sahəsində uğurlu nəticələrə nail olan, keyfiyyət göstəricilərinə görə fərqlənən ümumtəhsil məktəblərini müəyyən etmək, yaradıcı pedaqoji kollektivlərin qabaqcıl təcrübəsini respublika miqyasında geniş yaymaq, təhsil müəssisələri arasında yenilikçilik uğrunda sağlam rəqabətin güclənməsinə real zəmin yaratmaq ictimaiyyətin, valideynlərin, xeyriyyəçi adamlarının, biznes qurumlarının diqqətini ümumtəhsil məktəblərinin inkişafı ilə bağlı məsələlərə fəal cəlb etməkdən ibarətdir: “Müsabiqə hər tədris ili üzrə Təhsil Nazirliyi tərəfindən keçirilir. Müsabiqədə bu qaydaların 2-ci bölməsi ilə müəyyən edilmiş şərtlərə cavab verən hər bir ümumtəhsil məktəbi iştirak edə bilər. Müsabiqənin keçirilməsinə rəhbərlik nəzarət, tərkibi Təhsil Nazirliyi tərəfindən təsdiq edilən ictimai əsaslarla fəaliyyət göstərənƏn yaxşı ümumtəhsil məktəbimüsabiqəsinin keçirilməsi üzrə Təşkilat komitəsi tərəfindən həyata keçirilir. Təşkilat komitəsinin tərkibinə beynəlxalq qeyri-hökumət təşkilatlarının ictimaiyyətin nümayəndələri daxil edilə bilərlər. Müsabiqə prosesində mərhələlər üzrə qiymətləndirmə balları Təşkilat komitəsi tərəfindən müəyyən edilir. Müsabiqə şərtlərinə əsasən müsabiqədə iştirak etmək arzusunda olan məktəbin son üç ildə məzunlarının ali məktəblərə qəbul faizinin yüksək olmalı, məzunları qəbul imtahanlarında yüksək bal toplamalı, müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirak etməlidir. Məktəbin yarışlarda, festivallarda, olimpiadalarda, eləcə , beynəlxalq müsabiqələrdə iştirakı uğurlu nəticələri, məktəbin inkişaf xətti, tədris  şəraiti, müasirliyi əsas şərtlərdəndir”.

S.Xanlarovanın dediyinə görə, müsabiqə üç mərhələdə keçirilir. Müsabiqənin mərhələlər üzrə keçirilmə müddətləri hər il üçün Təhsil Nazirliyi tərəfindən müəyyən edilir. Birinci mərhələdə iddiaçı ümumtəhsil məktəblərinin rəhbərləri müsabiqədə iştirak etmək barədə ərizə ilə müvafiq quruma müraciət edir. İlkin mərhələdə iştirakçı məktəb haqqında bütün məlumatlar toplanır. Məktəbin nailiyyətləri, tarixi, tədris prosesi, məzunların göstəricilərinə xüsusi diqqət yetirilir. Təqdim edilmiş sənədlərin ekspertizası prosesində meydana çıxan, ümumtəhsil məktəbinin əhəmiyyətli göstəriciləri hesab oluna biləcək xüsusi hallar da nəzərə alınmaqla, ümumtəhsil məktəbinin iştirak üçün müəyyən olunmuş şərtləri hansı səviyyədə ödəməsi ayrılıqda müvafiq balla qiymətləndirilir. Ekspertizanın yekununa görə daha çox bal toplamış ümumtəhsil məktəbləri ekspert qrupunun təqdimatı əsasında Təşkilat komitəsinin qərarı ilə ikinci mərhələyə buraxılırlar: “Müsabiqənin ikinci mərhələsi yerlərdə təşkil edilir. Bu mərhələdə iştirakçı məktəblərin IX XI sinif şagirdlərinin bilik səviyyəsi hər il Təşkilat komitəsinin müəyyən etdiyi fənlər üzrə xüsusi testlər vasitəsilə yoxlanılır. Testlərin hazırlanmasını, yoxlamaların keçirilməsini nəticələrin qiymətləndirilməsini həmin məqsədlə Təşkilat komitəsi tərəfindən yaradılmış ekspert qrupları həyata keçirirlər. Bu mərhələnin yekunları barədə ekspert qrupları tərəfindən müəyyən edilmiş müddətdə Təşkilat komitəsinə hesabat təqdim edilir. Müsabiqənin üçüncü mərhələsi isə bilavasitə Təşkilat komitəsi tərəfindən keçirilir. Bu mərhələnin iştirakçısı olan ümumtəhsil məktəbləri müsabiqədə 3-5 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil edilə bilərlər. Üçüncü mərhələdə iştirakçı məktəbin rəhbəri ümumtəhsil məktəbinin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış edir verilən suallara cavab verir. 25 nəfərdən ibarət Təşkilat komitəsinin hər bir üzvü təqdimatı fərdi qaydada qiymətləndirir. Yekun qiymətləndirmə balı isə aparılan ümumi müzakirənin nəticəsinə görə müəyyən edilir. Təqdimatın qiymətləndirilməsi zamanı bir sıra göstəricilər nəzərə alınır. Təqdimat üçün maraqlı orijinal formanın seçilməsi, təqdimatın tamlığı zəruri məsələləri əhatə etməsi, ümumtəhsil məktəbinin inkişafyönümlü fəaliyyətinin, yaradıcı üslubunun, informasiya kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsinin real faktlarla diqqətə çatdırılması, suallara cavabların əsaslandırılmış, inandırıcı xarakter daşıması, ümumtəhsil məktəbini təmsil edən nümayəndə heyətinin vahid məqsəd ətrafında birlik nümayiş etdirməsi, ümumtəhsil məktəbinin fəaliyyətinin perspektivləri, yaxın 3 ildə gözlənilən nəticələri haqqında aydın təsəvvürlərin yaradılması. 25 nəfərlik Təşkilat komitəsi qarşısında mən məktəbin fəaliyyəti barədə 10 dəqiqəlik təqdimatla çıxış etdim. Mənim təqdimatım Təşkilat komitəsi tərəfindən çox bəyənildi. Bu müsabiqənin iştirakçısı olan bir məktəb rəhbəri kimi qeyd edim ki, “Ən yaxşı ümumtəhsil məktəbimüsabiqəsi çox şəffaf keçirilir. Təşkilat komitəsinin hər bir üzvü başda baş müəllim, təhsil naziri Misir Mərdanov olmaqla hər kəs öz işinə cox ciddi yanaşır. İştirakçıları düzgün ədalətli şəkildə qiymətləndirir. Burada heç bir güzəştdən söhbət gedə bilməz. Ancaq layiq olanlarƏn yaxşı ümumtəhsil məktəbiadına layiq görülür. Mən bu müsabiqədə düzgünlük, şəffaflıq, ədalətli seçim gördüm”.

S.Xanlarova bildirib ki, 25 nəfərlik Təşkilat komitəsinin üzvləri arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Valideyn Müəllim Assosiasiyasının British Councilin nümayəndələri, alimlər var: “Təşkalat komitəsi üzvləri arasında Təhsil Nazirliyinin işçilərindən başqa, həm QHT-lərin, həm beynəlxalq təşkilatların nümayəndəsi var. Müsabiqə zamanı 1-2 nəfər yox, 25 nəfər peşəkar insan iştirakçılara qiymət verir. Bu 25 beş nəfər sözün əsl mənasında peşəkar insan qarşısında 10 dəqiqəlik təqdimatla çıxış etmək insandan hünər məharət tələb edir. Bu 25 nəfərin yetkilliklə təqdimatıma düzgün qiymətyüksək bal verməsi isə mənim üçün böyük fəxrdir. Təşkilat komitəsinin hər bir üzvü öz sahələri üzrə peşəkar fəaliyyətləri ilə fərqlənən şəxslərdir. Onlar müsabiqənin şərtlərinə uyğun olaraq ən layiqli namizədi seçirlər. Bu mütəxəssislərin işinə kölgə salmaq ən azı ədalətsizlikdir”.

Ən yaxşı müəllimmüsabiqəsi haqda söz açan S.Xanlarova qeyd edib ki, müsabiqə ölkənin ümumi təhsil məktəblərində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmağa imkan verir: “Bu müsabiqə müəllimlərin öz üzərlərində çalışmalarına, peşəkarlıq səviyyələrini artırmalarına şərait yaradır. “Ən yaxşı müəllimmüsabiqəsi keçirilən zaman müəllim əməyinə, zəhmətinə, savadına, biliyinə, potensialına düzgün qiymət verilir. Ən yaxşı müəllim adını qazanmaq üçün müəllimlər 3 mərhələdən keçir. Sözün əsl mənasında savadı, bacarığı, novatorluğa innovasiyalara meyilli, müasir təlim texnologiyalarının tətbiqi sahəsində uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimlər müsabiqənin Təşkilat komitəsi tərəfindən qalib seçilir. Bizim 11 müəllimimizƏn yaxşı məktəbmüsabiqəsinin qalibi olub. Bu müəllimlərin hər biri özü bir məktəb olan müəllimlərdir. Müasir təhsil sistemində şagirdlərin fəallığı, məntiqi düşünmələri, onlarda yaradıcı təfəkkürün inkişaf etdirilməsi əsas məqsəddir. Bu müəllimlər əsasən layihə metodikasına üstünlük verir, interaktiv təlim üsullarından istifadə edirlər. Onlar daim yenilik axtarışındadırlar, daim öz üzərlərində işləyirlər. Eyni zamanda digər ölkələrin təhsilində gedən dəyişikliklərdən, tətbiq edilən yeniliklərdən xəbərdar olmağa çalışırlar”.

Sevinc QARAYEVA

 





24.12.2012    çap et  çap et