525.Az

İlham Əliyev Cəlilabaddadır


 

İlham Əliyev Cəlilabaddadır<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfər edib.

525.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Prezidentinə abidənin ucaldığı Heydər Əliyev adına park haqqında məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 7500 kvadratmetr olan parkda sakinlərin və rayonun qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parkın ərazisində iki fəvvarə, müasir işıq dirəkləri və oturacaqlar quraşdırılıb, yaşıllıq zolağı salınıb, yeni gül kolları əkilib.

 





11.08.2015    çap et  çap et