525.Az

Gəncədə televiziya yayımının 50 yaşı tamam oldu (Fotolar)


 

Gəncədə televiziya yayımının 50 yaşı tamam oldu<b style="color:red"> (Fotolar)</b>

Zakir Muradov

Azərbaycanda televiziya 1956- ildə fəaliyyətə başlasa da verilişlərin yalnız Bakı Abşerona deyil, bütün respublika ərazisinə yayımlanması yeni ötürücülərin işə salınmasından asılı idi.  Əlbəttə, ilk olaraq ikinci böyük şəhərdəGəncədə bu işi həyata keçirmək labüd idi. 1959-cu ildə burada radio-teleötürücü stansiyanın onun 180 metrlik qülləsinin inşasına başlanıldı.

Şəkil 1:Gəncəli ailəsi ilk dəfə Bakıdan televerilişi izləyir (kinoxronika kadrı, sentyabr 1962-ci il)


Hazır olduqdan sonra stansiya əvvəlcə radio siqnallarının ötürülməsi üçün istifadə olunurdu. 1962-ci ilin sentyabrında isə burada ilk Bakı-Kirovabad teletranslyasiya rele xəttinin açılışı oldu Azərbaycan Televiziyasının sınaq yayımları gerçəkləşdirildi.

Foto 2:Gəncənin ən yüksək nöqtəsini simvolizə edən bu qüllə həm də televiziya tariximizin əhəmiyyətli mərhələsinin şahididir.

1962-ci ilin dekabrın 5-dən etibarən isə yayım tammiqyaslı olaraq həyata keçirilməyə başladı. Düz 50 il bundan qabaqkı həmin tarixi Gəncənin, necə deyərlər, “televiziyalaşması günühesab etmək olar. Kinoxronikası  həmin anların görüntülərini bu günümüzə çatdırıb. 1961-ci ilin sentyabrında çəkilmiş kadrlarda yeni, Zaqafqaziyada ən böyük  tele-radio rele xəttinin açılması münasibətilə keçirilən təntənəli mitinq ilk teletranslyasiya görüntüləri əks olunub.

Şəkil 3:Bakı-Gəncə teleradio rele xəttinin açılış mitinqi. tribunada şəhər partiya komitəsinin rəhbəri cavanşir Gözəlov nitq söyləyir (kinoxronika kadrı, sentyabr 1962-ci il)

Müasir dövrümüzdə Gəncə Radio-Televiziya Yayım Stansiyası bölgələr üzrə ən güclü  ötürücü qurğu statusunu saxlayır. Gəncə teleqülləsinin inşa hündürlüyü 180 metr olsa da son illər yeni antenlərin quraşdırılması ilə bu göstərici artıq 197 metrə çatıb. Stansiyadan Qərb, eləcə qismən Aran bölgələrinə təxminən 150 kilometr radiusda 9 respublika, 1 Türkiyə bir neçə regional telekanalların sutkada ümumən 300 saatadək verilişləri yayımlanır. Quraşdırılmış müasir avadanlıq sayəsində artıq bir ildir ki, 10  televiziyanın rəqəmsal yayımı da həyata keçirilir. 

Şəkil 4: Stansiyanın bu günü. Müasir rəqəmsal avadanlıq

Qəribədir ki, Gəncədə teletranslyasiya işinin başlanğıcında duranların övladlarından da hazırda  bu müəssisədə çalışanlar var. Stansiyanın tarixçəsindən texniki imkanlarından  bizə həvəslə məlumat verən mühəndis Adil Babayev onu da  söyləyir ki,  atası Baba Babayev  bütün əmək fəaliyyətini bu stansiya ilə bağlayıb.

Amma bu stansiya yaranan gündən indiyədək burada çalışan yeganə veteran əməkdaş Vitali Pavloviç Çumakovdur. O, hələ yeniyetmə ikən, radiohəvəskarlar dərnəyindən bura gəlib. Vitali Pavloviç deyir ki, 16 yaşından, pasport alan kimi bu stansiyada çalışmağa başlayıb bu şəhərin televiziya tarixinin başlanğıcının müasir mərhələsinin iştirakçısı olduğuna görə özünü xoşbəxt hiss edir.

Şəkil 5: Mühəndis Rza Rzayev ilk telegörüntünü gerçəkləşdirən rele xəttini qoşur (Kinoxronika kadrı, sentyabr 1962-ci il)

 





24.12.2012    çap et  çap et