525.Az

"Erməni məsələsi"nin kökü kəsilməlidir"


 

MÜBARİZ ƏHMƏDOĞLU: "AZƏRBAYCANIN ƏSAS MƏQSƏDİ ERMƏNİSTANI BİR DÖVLƏT KİMİ SIRADAN ÇIXARMAQDIR"

"Erməni məsələsi"nin kökü kəsilməlidir"<b style="color:red"></b>

"Dağlıq Qarabağ məsələsi Ermənistan-Azərbaycan münasibətlərində yalnız bir istiqamətdədir. Çünki ermənilərin Azərbaycana qarşı kifayət qədər saxta iddiaları var. Tarixdə "erməni məsələsi" adlı elmi-siyasi anlayış var. Ona görə də "erməni məsələsi"nin kökü kəsilməlidir".

Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistanın Kanadadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri, "Modus Vivendi" Analitik Mərkəzinin rəhbəri Ara Papyanın verdiyi bəyanata münasibət bildirərkən deyib.

M.Əhmədoğlu bildirib ki, Ara Papyan Ermənistanın siyasi elitasında olan adamdır və hazırda müxalifəti təmsil edir: "O Robert Koçaryanın kriminal rejimə hakimiyyəti dövründə Kanadada səfir və digər rəhbər vəzifələrdə fəaliyyət göstərib. İndi isə Papyan yaratdığı analitik mərkəzə rəhbərlik edir".

Politoloq qeyd edib ki, Azərbaycan hazırda həm Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində, həm də Ermənistanın bir dövlət kimi sıradan çıxması istiqamətində fəaliyyət göstərir:

"Bizim üçün hazırda Ermənistanın bir dövlət kimi sıradan çıxması daha vacibdir. Bu halda həm Qarabağ problemi həll olunacaq, həm də Ermənistanla əlaqəli digər məsələlər də öz həllini tapacaq. Ona görə də, Papyanın sözlərində həqiqət var. Azərbaycanın əsas məqsədi Ermənistanı bir dövlət kimi sıradan çıxartmaqdır. Bu adda dövlət yer üzündə olmamalıdır. Bu mənada, erməni analitik Azərbaycanın gücünü nümayiş etdirib. Yəni, rəsmi Bakı diqqətini əsas məsələyə yönəldib. Çünki təkcə Qarabağ deyil, eləcə də Zəngəzur, İrəvan torpaqları da əzəli Azərbaycan torpaqlarıdır. Düşmən tərəfi isə bütün bu reallıqların göz önündə olmasına baxmayaraq, riyakarlıq edərək Naxçıvanla bağlı saxta iddialar səsləndirir. Ona görə də, dediyim kimi rəsmi Bakı bütün bunları nəzərə alaraq, Ermənistanın taleyini həll etməyi əsas prioritet məsələ kimi qarşısına qoyub".

Qeyd edək ki, erməni analitik Ara Papyan bəyan edib ki, Azərbaycan təkcə Dağlıq Qarabağı qaytarmağa deyil, Ermənistanı da məhv etməyə çalışır.

Ceyhun ABASOV

 





13.08.2015    çap et  çap et