525.Az

Amerikalı həmsədrin səlahiyyət müddəti rəsmən bitdi


 

Amerikalı həmsədrin səlahiyyət müddəti rəsmən bitdi<b style="color:red"></b>

ATƏT-in Minsk Qrupunun həmsədri vəzifəsinə müvəqqəti olaraq Yan Kelli təyin olunub

Ötən həftə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Robert Bradtkenin səlahiyyət müddəti başa çatıb.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Conas Stüart məlumat verib. O bildirib ki, dekabrın 21-də Dövlət Departamenti həmsədr vəzifəsinə müvəqqəti olaraq Yan Kellini təyin edib: “Dövlət Departamenti 3 ildən çox həmsədr vəzifəsini yerinə yetirən səfir Bradtkeyə minnətdardır və ona gələcək fəaliyyətində uğurlar arzulayır.
 
ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tapmaqda tərəflərə kömək etmək üçün ATƏT-in Minsk Qrupundakı həmsədr funksiyasına bağlılığını saxlayır”. 
 





24.12.2012    çap et  çap et