525.Az

Hər şey möcüzədir


 

Hər şey möcüzədir<b style="color:red"></b>

 

Savalan MƏMMDƏLİ

“H
əyatı   yaşamağın  iki yolu var. Birincisi  heç bir  şey  möcüzə  deyilmiş  kimi yaşamaq, ikincisi  isə  hər şey  sanki  möcüzədir kimi  yaşamaq. Mən ikincisinə inanıram.”    

Albert  Eynşteyn

Keçən  əsrin ən böyük  alimlərindən biri olan  Eynşteyn,  “mən  hər şeyin möcüzə olduğuna inanıram” deyir. Həqiqətən də  geniş şəkildə  kainatı araşdırdıqda və  nəticələri  səmimi şəkildə şərh etdikdə  hər şeyin möcüzə olduğu  aydın olur. Lakin düşünəbilən hər insanın  bu mövzu  üzərində ciddi  şəkildə  düşünməyi lazımdır. Çünki, kainatın  hər tərəfində  bir  nizam var. Və  bütün ölçülər  ən ideal  nisbətdədir. Misal üçün,  nəfəs  almağımız  bir möcüzədir. İnsan  oksigenlə tənəffüs  edir. Lakin  oksigenin  nisbətinin  21%  olmağı   bizim  yaşamağımızı  təmin edir. Yəni oksigen  nisbəti  olduğu  nisbətdən   biraz  aşağı  olsa  boğularıq,  biraz  yuxarı olsa  dünyada  yanğınların sayı  artar.  Lakin,  hər gün  oksigen  nisbəti eynidir. Bəs bu oksigen nisbəti  necə  qorunur?  - Araşdırdığımız  zaman  isə  təbiətdə  oksigeni  təmin edənin   bitkilər  ağaclar olduğu  aydın olur. Son zamanlar isə  əslində  bitkilərin oksigenin  cəmi 35%-ni təmin etdiyini,  oksigenin 65%-ni okenların dibində yaşayan   sioanobakteriyaların   təmin etdiyi  aşkar olundu. Burda  çox maraqlı və möcüzəvi  nüansalar var. Nə  bitkilərin, nə də  sianobakteriyaların  ağlı  və şüuru  yoxdur. Bəs  bu ağılsız,  şüursuz, dilsiz  bitkilər və bakteriyalar  canlılığın  yaşamağı üçün  sırf  21%  oksigenə  ehtiyac  olduğunu  hardan bilir,  və bunu  necə təmin edirlər?  Nəyə  görə  milyon illərdir  bu nisbət  pozulmur  və nəyə  görə  ən  ideal  formada  qorunub saxlanılır.? - Təbii ki,  bu nisbəti  qoruyanın ağılsız şüursuz  bitkilərin    bakteriyaların  özü  olduğunu  iddia  etmək  ağılsızlıq  olar. 

Ağılsız, şüursuz   bitkilərin və ağacların   bir  bakteriya  növü  ilə    birləşib  oksigen nisbətini  canlılığın  ehtiyac  duyduğu  nisbətdə   saxlamağı  bir  möcüzədir. Və  təbii ki, bu  möcüzəni  yaradan    hər  an nəzarəti altında tutan da,  Üstün  güc  sahibi  olan  Allahdır.  Əslində  ətrafımızda   bu cür  möcüzlərin sayı  sonsuzdur. Hər  şeyin diqqətli və  vicdanlı  şəkildə araşdırıldığı təqdirdə  möhtəşəm  bir  yaradılış  möcüzəsi  olduğunu  müşahidə  etməyimiz  çətin deyil. Çünki  planetlər arasındakı  məsafənin  ən ideal ölçüdə olmağı,  yer kürəsi  ilə  günəş  arasındakı  məsafənin  sırf   yer  kürəsində  canlılığın  yaşayabilməsi üçün ehtiyac  olan  ölçüdə  olmağı və  milyon illərdir  bu ölçünün  dəyişməməyi, günəşin  indiki ölçüsündə  olmağı,  yer  kürəsinin  öz  oxu  ətrafında  fırlanma  sürətinin sırf  ehtiyac olan  nisbətdə olmağı    s  milyonlarla bunun  kimi  amillər  açıq   bir  yaradılışı  isbat  edir.  Bütün bu   sonsuz  sayda   amillərin  tam ehtiyacımız  olan  nisbətdə olmağı və davamlı olaraq  qorunmağı  açıq  bir  möcüzədir.

 





24.12.2012    çap et  çap et