525.Az

Planetin əsas Santa Klausu ilin əsas səyahətinə yollandı


 

Bu dəfə Santa Klaus media nümayəndələrinə kadr çəkməyə icazə verib

Planetin əsas Santa Klausu ilin əsas səyahətinə yollandı<b style="color:red"></b>

Milad bayramı ərəfəsində planetin əsas Santa Klausu ilin əsas səyahətinə yollanıb. Söhbət Finlandiyanın Rovaniemi kəndində yaşayan əsas Santa Klausdan gedir. Rəvayətə görə, əsl Santa Klausun vətəni məhz qarlı Laplandiyanın bu ərazisidir.

Ənənəyə uyğun olaraq, bu il də əsas Santa Klaus media nümayəndələrinə son hazırlıq prosesini lentə almağa icazə verib. Santa Klaus Şimal Qütbü yaxınlığında yerləşən məxfi emalatxanasında hədiyyələrini hazırladıqdan sonra maral Rudolfla yola çıxıb və 24 saat ərzində bütün dünyada uşaqları sevindirməyə yollandığını deyib.

Yola düşməzdən əvvəl planetin əsas Santa Klausu ənənəyə uyğun olaraq, 5 dildə - fin, isveç, alman, holland və fransız dillərində "Milad bayramınız mübarək!" deyib.

anspress

 





24.12.2012    çap et  çap et