525.Az

Milli Məclis dekabrın 28-də tətilə çıxır


 

 Milli Məclis dekabrın 28-də tətilə çıxır<b style="color:red"></b>

 Payız sessiyasının sonuncu iclasından sonra parlament tətilə çıxacaq. Milli Məclisin yaz sessiyası isə fevralın 1-də başlayacaq.


Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

 

A. Təvəkküloğlunun sözlərinə görə, hələlik iclasın gündəliyi təsdiqlənməyib.

 

Qeyd edək ki, hər il olduğu kimi, bu il də son iclasda Milli Məclisin 31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə Azərbaycan xalqına təbriki də nəzərdə tutulur.

 

 





24.12.2012    çap et  çap et