525.Az

“Problemin həll edilməməsinin səbəblərindən biri Minsk Qrupunun nəticəsiz fəaliyyətidir"


 

“Problemin həll edilməməsinin səbəblərindən biri Minsk Qrupunun nəticəsiz fəaliyyətidir"<b style="color:red"></b>

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev dekabrın 24-də Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib.


525.az-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı bölgədə hərbi-siyasi vəziyyət və hərbi-texniki əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb.

 

Dağlıq Qarabağ münaqişəsinə toxunan S. Əbiyev bildirib ki, problemin indiyə qədər həll edilməməsinin başlıca səbəblərindən biri Rusiyanın da həmsədr ölkə olduğu Minsk Qrupunun nəticəsiz fəaliyyəti ilə bağlıdır.

 

Müdafiə naziri həmçinin qeyd edib ki, Dağlıq Qarabağda baş qaldıran seperatizmin vaxtında qarşısının alınmaması problemin yayılmasına şərait yaradıb və bu gün Rusiyanın özü həmin problemlərlə qarşılaşıb.

 

Görüş zamanı rusiyalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini təqdim edib.

 

 





24.12.2012    çap et  çap et