525.Az

Çörək gözləyənlərə bomba atılıb


 

Çörək gözləyənlərə bomba atılıb<b style="color:red"></b>

Suriyanın Hama şəhərində bir çörək sexinin bombalanması nəticəsində növbədə gözləyən 100-dən çox insan ölüb.

Suriya İnsan Haqları Təşkilatı rejimə bağlı qüvvələrin Hamanın Halfaya qəsəbəsində bir çörək sexini bombaladığını və çox sayda insanın dünyasını dəyişdiyini açıqlayıb.

Şahidlər "Miq" tipli vertolyotların həyata keçirdiyi bombardmanda 100-dən çox insanın öldüyün bildiriblər.

Suriya Yerli Koordinasiya Komitələri adlı müxalif qrupdan verilən açıqlamada rejimə bağlı qüvvələrin Halfayada qətliam törətdiyi, qadın və uşaqlar da daxil olmaqla çox sayda insanın dünyasını dəyişdiyi bildirilib.

TRT

 





24.12.2012    çap et  çap et