525.Az

Fransa muzeyində erməni və İran adı altında təqdim olunan Azərbaycan nümunələrinin adı dəyişdiriləcək


 

Fransa muzeyində erməni və İran adı altında təqdim olunan Azərbaycan nümunələrinin adı dəyişdiriləcək<b style="color:red"></b>

Fransanın Sen-Jermen Muzeyində erməni və İran adı altında təqdim olunan Azərbaycan nümunələrinin adı dəyişdiriləcək.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova bildirib. O deyib ki, bu, Sen-Jermen Milli Arxeologiya Muzeyi ilə rəhbərlik etdiyi qurum arasında imzalanan müqaviləyə əsasən həyata keçiriləcək: “XIX əsrin 90-cı illərində Morqan qardaşları Lerikdə qazıntı apararaq oradan çıxan əntiq əşyaları Fransaya aparıblar. Hazırda həmin nümunələr Sen-Jermen Arxeologiya Muzeyində İran və erməni mənşəli əşyalar kimi nümayiş olunur. Biz Sen-Jermen muzeyinin direktoru ilə görüşüb müqavilə bağlamışıq ki, Lerik rayonunda bu məsələ ilə əlaqədar tədqiqatlar aparaq. Muzeylə imzalanan müqaviləyə əsasən, muzeydəki Azərbaycana məxsus materialların hamısının adları dəyişəcək”.

M. Rəhimova həmçinin qeyd edib ki, bu il bütün regionlarda arxeoloji qazıntılar aparılıb. Üç regionda isə tədqiqatlar xüsusilə uğurlu olub: “İndiyədək Lerikdə tədqiqatlar aparılmamışdı. Lerikdə antik dövrə aid 20 qəbir də aşkar olunub. Şabranda da Sovet İttifaqı zamanından tədqiqatlar aparılmırdı. Bu rayonda ötən il kəşfiyyat, bu il isə

tədqiqat işləri aparılıb. Mil-Qarabağ zonasında da indiyədək üzrlü səbəblərdən tədqiqat aparılmırdı. İki ildir ki, Qarabağın ermənilər tərəfindən işğal olunmayan yerlərində tədqiqatlar aparılır. Hazırda Qarabağda e.ə. 5400 il əvvəl neolit dövrünə aid Kamiltəpə abidəsində alman-Azərbaycan ekspedisiyası çalışır. Antik dövrə aid Qalatəpədə və Ağdamın özündə eneolit dövrünə aid abidədə də tədqiqat işləri aparılır”.

Ümumilkdə, hazırda Azərbaycanda 6 beynəlxalq (Almaniya, Fransa, ABŞ, Yaponiya, Koreya və Gürcüstan alimləri) ekspedisiya tədqiqatlar aparır. 

 





24.12.2012    çap et  çap et