525.Az

Məlik Ağamalovun rəsm əsərlərinin sərgisi keçirilir


 

Məlik Ağamalovun rəsm əsərlərinin sərgisi keçirilir<b style="color:red"></b>

Müasir İncəsənət Muzeyində təşkil olunan sərgidə Məlik Ağamalovun son dövrlərdə çəkdiyi rəsm əsərləri nümayiş etdirilir.

525.az-ın məlumatına görə, iİstedadlı rəssamın fərdi sərgisinə Heydər Əliyev Fondu, Müasir İncəsənət Muzeyi, Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqı dəstək verib.

Məlik Ağamalov Azərbaycanın müasir sənətinin “intellektual qanadı”nın əsas fiqurlarından hesab olunur. O, əsərinin məhvər ideyasını məharətlə oynatmaqla, həcmli formalardan istifadə etməklə, materialın fakturasını dəyişməklə, bəzən latın sözlərinin qrafik təsvirini verməklə sanki ara qarışdırır, fitnə-fəsada əl atır, heyrətləndirir, lakin heç vaxt zövqün kövrək sərhədlərini aşmır. Lakin başlıcısı budur ki, rəssam apardığı estetik cəhətdən ölçülüb-biçilmiş intellektual oyunun arxasında incəsənətdə başlıca meyarı-insanın daxili aləmini göstərməyi unutmur.

Bədii üsullardan geniş şəkildə istifadə edən konseptualist rəssamın əsərləri ölkəmizlə yanaşı, Fransa, Almaniya, Böyük Britaniya, Rusiya və BƏƏ-də nümayiş etdirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Məlik Ağamalovun Azərbaycanın rəssamlıq sənətində özünəməxsus yeri olduğunu, sənətkarın əsərlərində fərdi dünyagörüşü modelini quraşdırdığını, tamaşaçıya qəlbinin hərəkətini çatdırmağa çalışdığını vurğulayıblar.
Rəssam Məlik Ağamalovun fərdi sərgisi 2013-cü il yanvar 13-dək ziyarətçilərin üzünə açıq olacaq.

 





24.12.2012    çap et  çap et