525.Az

Azərbaycan Afrikaya qaz ixracına başlayır


 

Azərbaycan Afrikaya qaz ixracına başlayır<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Böyük Britaniyanın “Gasol” şirkəti ilə birgə layihə çərçivəsində Benin, Qana və Toqoya maye qaz ixrac edəcək.


“APA-Economics”in “International Oil Daily”yə istinadən xəbərinə görə, artıq bununla bağlı “SOCAR Trading” və “Gasol” arasında müqavilə imzalanıb.

 

Azərbaycan tərəfi maye qazı Afrikaya – Beninin Kotonu limanına ozünün ixtisaslaşmış gəmiləri və üzən anbarları vasitəsilə çatdırmağı öhdəsinə götürür. Buradan isə qaz Benin, Qana və Toqodakı sənaye və energetika müəssisələrinə göndəriləcək.

 

 





24.12.2012    çap et  çap et