525.Az

İncildən sonra ən çox tərcümə olunmuş kitab


 

İncildən sonra ən çox tərcümə olunmuş kitab<b style="color:red"></b>

Dünyanın ən yaxşı romanı hesab olunan "Don Kixot”-un dili oxunmaz olduğuna görə, İspaniyada romanın yeni, oxuna bilən, modern versiyası yaradılıb.

Yeni versiya dərhal bestseller olub, amma çox keçmədən "ədəbiyyata qarşı cinayət” sözləri ilə damğalanıb.

Migel de Servantes'in bu romanı ilk dəfə 1605-ci ildə nəşr olunub, 145 dilə tərcümə edilib. Servantes İnstitutunun bildirdiyinə görə, İncildən sonra ən çox tərcümə olunmuş kitabdır.

İspan yazıçısı Andres Trapiello bu şah əsəri çağdaş oxucuların başa düşəcəyi dilə gətirməkdən ötrü 14 il sərf edib.

Trapielloya görə, səhifələrin altındakı izah qeydlərini oxumadan "Don Kixot”u anlamaq mümkün deyil. Yeni nəşrdə əhəmiyyətli dəyişikliklər var.

Bu romanı oxumamış və ya bir neçə dəfə oxumağa çalışmış, amma bacarmamış çoxlu insan var.

"Oxucular bu romanı neçə əsr əvvəlin dilində oxumağa məcbur idilər, halbuki, o dil günümüzdə anlaşılmır. Amma məktəblərdə "Don Kixot”u oxumaq üçün xüsusi olaraq həmin dili öyrədirlər.

İspan Dövlət Tədqiqat İnstitutunun sorğusuna cavab verən hər 10 oxucudan altısı deyib ki, onlar "Don Kixot”u dili çətin olduğuna görə oxuya bilmirlər.

İspan akademikləri isə yeni versiyanı bəyənməyiblər. Madridin Carlos III Universitetinin müəllimi David Felipe Arranz yeni versiyanı "Ədəbiyyata qarşı cinayət” adlandırıb:

"Mən Madriddə kitab satıcılarından soruşdum, deyirlər, orijinal romanı alan yoxdur. Çünki oxucular "layt” versiyanı üstün tuturlar. Böyük yazıçının sözlərini dəyişdirmək olmaz.”

Azadlıq.org

 





18.08.2015    çap et  çap et