525.Az

CASCFEN özünün Məclisini və NTK-sını formalaşdırdı


 

CASCFEN özünün Məclisini və NTK-sını formalaşdırdı <b style="color:red"></b>

Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 23 dekabr 2012-ci il tarixində Park Inn otelində özünün ilk Məclisini keçirib. Məclisin toplantısına qurumun üzvü olan 67 nəfərdən 45-i qatılıb. 

Təşkilatdan 525.az-a verilən məlumata görə, Azərbaycanın dövlət himninin canlı ifası və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlanan toplantıda CASCFEN sədri Azər Həsrətin məruzəsi dinlənilib, qurumun İnternet saytının təqdimatı keçirilib. 

Daha sonra qonaqlar – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan çıxış edərək CASCFEN haqqında ürək sözlərini deyiblər. Aydın Xan öz çıxışında CASCFEN-ə üzv olmaq arzusunu da ifadə edib. Toplantıya qonaq kimi qatılmış şair Tural İrfan da quruma üzv olmaq üçün müraciət edib. Hər iki müraciət müsbət həll edilib. 

Bundan sonra təşkilat məsələlərinə baxan toplantı iştirakçıları CASCFEN-in 29 nəfərdən ibarət Məclisinin tərkibini seçiblər. Məclisə aşağıdakı şəxslər üzv olub (əlifba sırasıyla): 

1.      Aqil Camal – “Türküstan” qəzetinin baş redaktoru

2.      Anar Baratoğlu – “Palitra” qəzetinin müxbiri

3.      Arzu Soltan - müstəqil jurnalist

4.      Aydın Xan – Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri

5.      Cahan Əli - müstəqil jurnalist

6.      Cəmaləddin Həsənoğlu – “Paritet” qəzetinin baş redaktoru

7.      Elbrus Ərud – Qafqazİnfo.az İnternet qəzetinin baş direktoru

8.      Elşad Paşasoy - “Yeni Müsavat” qəzetinin müxbiri

9.      Əfsanə Ələsgərli - “Xalq qəzeti”nin əməkdaşı

10.  Əkbər Qoşalı - Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair

11.  Dr. Faiq Qəzənfəroğlu – Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi

12.  Firuzə Bəyməmmədqızı – Jurnalistlər Extremal Şəraitdə İctimai Birliyinin sədri

13.  İlham Tumas – ATV-nin redaktoru

14.  İmran Bədirxanlı – İctimai TV və Radio yayımları şirkəti, böyük redaktor

15.  Qalib İbrahimoğlu - “Ekspress” qəzetinin redaktoru

16.  Lalə Musaqızı - “Kaspi” qəzetinin müxbiri

17.  Nadir Azəri - “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru

18.  Namiq Hacıheydərli - şair

19.  Nəzmiyyə Hicran – şairə, M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanasının əməkdaşı

20.  Nüşabə Hüseynli - “Space” TV-nin redaktoru

21.  Pərviz Elay – “Millətçilik” qəzetinin baş redaktoru

22.  Prof. Dr. Ramiz Əskər - jurnalist və araşdırmaçı

23.  Rey Kərimoğlu - müstəqil jurnalist

24.  Seymur Verdizadə - Jurnalist Araşdırmaları Mərkəzinin sədri

25.  Səbuhi Rəhimli - “Qoroskop” qəzetinin baş redaktoru

26.  Səhər Əhməd – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə

27.  Şəmistan Əlizamanlı - vətənpərvər mahnıların ifaçısı

28.  Vəli Vəliyev – “Səs” İnformasiya Agentliyinin icraçı direktoru

29.  Vüqar Tofiqli – Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru 

Məclisin tərkibi müəyyən edildikdən sonra “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal onun sədri, “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Ələsgərli isə katibi seçilib. 

Toplantıda CASCFEN Nəzarət Təftiş Komissiyasının (NTK) 3 nəfərdən ibarət tərkibi də müəyyən edilib. Bunlar “Millətçilik” qəzetinin redaktoru Sevda Əsgərova, hüquqşünas Şəmşir Əlisoy və gənc şair, müəllim Habil Yaşardır. Məclisdən sonra keçirilən toplantıda NTK üzvləri Sevda Əsgəri bu qurumun sədri seçiblər. 

Məclisin toplantısında CASCFEN İdarə Heyətinin tərkibinə daha iki nəfər əlavə edilib. Bunlar Prof. Dr. Ramiz Əskər və şairə Səhər Əhməddir. Beləliklə İH-nin tərkibi 9 nəfərə çatdırılıb. 

Toplantı iştirakçıları CASCFEN-in iki bölgə üzrə təmsilçilərinin təyin edilməsinə də səs verib. Şair Aqşin Dadaşoğlu Şimal bölgəsi üzrə, Həcər Əsgərova isə Qarabağ bölgəsi üzrə CASCFEN təmsilçiləri təyin edilib. 

Məclis iştirakçıları qurumun 2013-cü il üçün proqramının ümumi çərçivəsini də müəyyən edib. Nəzərdə tutulan əsas tədbirlər sırasında 20 mart 2013-cü il tarixində CASCFEN-in 10 illik yubiley tədbirinin keçirilməsi, 3 May Dünya Mətbuat Azadlığı Gününün qeyd edilməsi, 22 iyul Azərbaycan Jurnalistikası Gününə həsr edilmiş tədbir və sentyabr-oktyabr aylarında təşkilatın qurultayının keçirilməsi qərara alınıb. 

Sonda toplantı iştirakçıları təşkilatın layihələri haqqında fikir mübadiləsi aparıb və xatirə şəkli çəkdirib. 

 

 





24.12.2012    çap et  çap et